пятница, 3 августа 2012 г.

Siqaret, pivə, pendir


Siqaret, pivə, pendir
Yenə Yer planetinə ən yaxın olan ulduz keçdi digər yarımkürəyə.  Bilmirəm niyə 75 faizi su olan bir varlığa yer (земля) deyilir. Nə isə...
Yenə gecə oldu. Həmişəki kimi standart gecə. Hansı ki,  mən olduğum yarımkürədə hamını yatmağa sövq edən gecə. Darıxdırıcı həm də sakit qaranlıq. Amma bu digərlərindən fərqlənən gecədir. Səmimi düşüncələrin mövcud olduğu gecə. Yox! Buna artıq gecə deməyəcəm. Axı dedim, bu digərlərindən fərqlənir. Buna işıqsızlıq deyəcəm. Bu işıqsızlığın ömrü uzun oldu timsah kimi.  Çünki yata bilməmişdim. Günəşin olduğu an çünki çox səmimi keçmişdi.Yoqistin meditasiyası zamanı relaksasiya dinləyərkən çatdığı ali məqsəd- nirvana reinkarnasiyadan azad olmaq idisə, adi, siravi, arıq və gözləri zəif olan gəncin ali məqsədi də səmimilik idi. Balaca yaşlarında səmimiliyi inək ifrazatı səviyyəsində tutan bu kor gəncin babası ölənə yaxın ən çox istədiyi nəvəsinə “nə eləyirsən elə, amma, səmimi ol- bunu unutma!” deməsi hər şeyi dəyişdirəməyə qadir oldu. Bu arıq solaxay gənc əmin deyil bu fraqmentlər doğurdan olub yoxsa yuxuda görüb. Amma bu epizod nə idisə onun bütün fikirlərini darmadağın eləmişdi. Bundan belə udulmayan postulat kimi beyninə kleylənmişdi bu fikir.
Növbəti yazacağım fikir ekspromt izah eləyə bilməyəcəyimə görə indidən üzr istəyirəm. Insanlarda necə assosasiya yaradacağım heç vecimə də deyil. Növbəti fikrilərim gələcəkdə reputasiyama nə dərəcədə xələl və ya xeyir gətirəcəyimi 1 saniyə belə düşünmədən analogiyaya keçirəm. Artıq 6-7 aya yaxın süniliyi dəf edə-edə kifayət qədər əzələ yığmışdı solaxay olub sol fikir olmayan bu gənc. Amma, bu gün o, (hansı ki, günəş hələ bizim yarımkürədə idi) kifayət qədər gözəl best modal of europe statusunu almış bir qızı sexual obyekt kimi fikrində canlandıraraq uzandığı ikinəfərlik maximum böyük və maximum tam komforta malik bir çarpayıda onanizm  (manstrubasiya) edərək həyatında mahiyyət etibarilə kəmiyyətcə bu qədər dadmadığı orqazmı almış kimi hiss eləyirdi özünü. Onun bütün fikirləri artıq neqativ informasiyalara şərti olaraq barikada qurmuşdu. Bunu  fikirləşən “izvraşeneç” boşaldığı kimi də onunda beyni boşalmışdı və axmaq fikirlərdən azad olmuşdu. Ona görə ki, özünü oxşarını, idealını tapmışdı. Bax səmimilik budur.
Nissan X-trailin reklamındakı kimi insanın fikirlərini daş yoldan torpağa, buzlaqdan asfalta apararaq sürükləməyə məcbur eləyir.
P.S. Əgər kimsə 99 ingilis frank müqabilində məhəbbətin neçə il yaşadığını düşünübsə o dahidir.
...for  “DarkCarrot”  )
02/08/2012
04:55

Paradoksal fikirlər.


Paradoksal fikirlər.
Insan fiziologiyası elə ideal və mükəmməldir ki, beyinin boş durduğu anı belə hətta eləmək mümkün deyil.  Həmişə fəaliyyətdə olan beyin şərti olaraq müəyyən edilmiş kriteriyalara aid olunan istiqamətlərdə düşünür. Beyinin nə haqda düşündüyünü düşünmək zövq verir adama. Bu qeyri adi ekstrovaqant zövqü dadmaq isə çox-çox təəssüf olsu ki, hamıya qismət olmur. Və növbəti təəssüf olsun ki, bu zövqü dadmayanlar çoxluq təşkil edir. Eyni quruluşa malik olan varlıqların bir- birinə tam paradoks istiqamətlənməsi normaldır məncə. Hüseyin Cavid parkında həmişə gəzən dilənçinin düşüncəsində yaxın gələcəyin planı və həmin planın kiçik sadə quruluşa malik modeli qurulur, məsələn:
 “axşam müdir məndən nə qədər pul götürüb və əvəzində nə yemək verəcəyini düşünmək kimi”... Amma, eyni zaman və məkan daxilində bayaqkı dilənçinin yanından keçən playerlə müsiqiyə qulaq asan  rolikli qızın planı isə tamam fərqli olacaq. Məsələn: “evə gedib yeni playlist ətrtib eləyimmi görəsən? bu gün kuklamın saçını anamın darağı ilə darayım yoxsa öz darağımla?” kimi...  Belə düşüncəyə yeganə səbəb yaşadığın və adaptasiya olduğun mühitdir. Fikir verdinizsə, ilk nümunədə maddi nemət ön plandadır, xoşbəxtliyini musiqili rolik sürməkdə tapmış qızda isə tamam fərqli olaraq qeyri maddi nemət qabardılmışdı.

Azərbaycan inteqrasiyası


Azərbaycan inteqrasiyası

Bildiyimiz kimi 22 may 2012-ci il tarixində Azərbaycanda Avropa şöhrətli 57-ci “Eurovision Song Contest” (Avroviziya Mahnı Müsabiqəsinə) start veriləcəkdir. Bu bizim beynəlxalq arenada say etibarilə  barmaqla sayılan sosial-mədəni uğurlarımızdan biridir. Düzdür  müsabiqədə ölkəmizi zəngin mənəvi dəyərlərimizlə yəni spesifik musiqi mədəniyyətimizlə təmsil etməsəkdə, Avropa sayağı üslublardan da necə deyərlər başımız çıxır.

 

Azərbaycanın gündən-günə gözəlləşdiyini danmaq mümkün deyil. Bunu həm vətəndaşlar, həm də qonaq qismində xaricdən gələn turistlər də təsdiqləyir. Magistral və şosselərin bərpası, yalnız mərkəzi küçələrin abadlaşdırılması, göydələn və körpülərin inşaası buna maddi dəlildir.
 Hər kəs bilir ki, ideal yəni, orada məskunlaşan əhalinin bütün tələbatlarını lazımıca ödəyən məkan mövcud deyil. Azərbaycan da belə yerlərə aiddir təbii ki. Hər yerin bir lokal, aktual problemi olduğu kimi bu məmləkətin problemi də kütlənin düşüncəsindədir. Onları şərti olaraq iki qrupa ayırmaq olar.
1.      Sovet dövründə yaşamış təbəqə
2.      Yeni təbəqə
Düşüncə tərzlərinə, idealogiylarına,  fikirlərinə, tənqid və təsdiq etmə kriteriyalarına görə bir birindən kəskin fərqlənirlər. Bilmirəm niyədir, birinci təbəqəni əhatə edən kütlə daha aqressiv, istənilən prosesə daha könülsüz, cəmiyyətdə heç bir rolunun qalmadığını və cəmiyyətin belə vəziyyətə gəlməsinin əsas problem resursu kimi gəncləri görür. 2-ci təbəqə isə qismən tolerant rol oynanyır və cəmiyyətin əksər hissəsinin sosiallaşmasında daha iddialı görsənir.
Yaşlı nəsli hardasa başa düşmək olar, onların keşməkeşli həyat yoluna nəzər salsaq, düşüncələri ilə tam adekvatdır. Gənclərin isə  son zamanlarda istər bu mövzuda istər başqa qeyri real düşünməsi artıq ölkədə ciddi problemlərə gətirib çıxara bilər. Çünki strukturalizm nəzəriyəsinə biz əsaslansaq görərik ki, elə cəmiyyətin lokomotivi gənclərdir.  
Qayıdaq müsabiqəyə. Müsabiqəyə qismən layiqli cəmiyyətin olduğu kəskin surətdə hər kəs tərəfindən hiss olunur. Bizim xalq dözümlü xalqdır.Opponent tərəfdən  bizə olan tənqidə, təzyiqə, atəşə, hücuma, faciəyə, soyqırıma dözmüşük.  Eləcə də şəhərin mərkəzi küçələrində gəzən, vətəndaşların təbbi azadlıq və insan hüquqlarını pozan“dilənçilərə” də. Kifayət qədər yer saymaq olar onlara rast gəlmək üçün. Ən çox ictimai və kütlənin sıx olduğu yerlərdə  insanlara fərdi surətdə yaxılaşaraq müxtəlif özünəməxsus və daha fundamental olan bəhanələrlə onlardan pul istəyirlər.Tutduqları mövqe o qədər bonal və sadə, xarakterləri isə mənəviyyatsız olduğundan insanları onlara maddi dəstək göstərməsi üçün dəfələrlə təkid edirlər. Əvvəl ən ucuz sayılan ictimai nəqliyyat olan yeraltı metroda, asayiş keşikçilərindən də heç çəkinməyərək vətəndaşları narahat edirlər. Maraqlısı budur ki, vətəndaşların narahat olunması heç onların vecinə də deyil.
Məsələ təbii ki bununla bitmir. Dilənçilərə rast gəldiyin müddətdə demək olar ki insan heç bir qorxu sindromu yaşamır. Lakin onlarla paralel paytaxtımızın mərkəzi küçələrində səyyar dilənçiliklə məşqul olan “ponyatkalı” vətəndaşlara da rast gəlinir. Onlar da sakit adamlara yaxınlaşaraq müxtəlif bəhanələrlə pul istəyirlər. Bayaqkı dilənçilərdən fərqi isə həm danışıqlar, həm də pulun miqdarıdır. 20 illik həyat təcrübəmdə bunu anlaya bilmədim. Mən şəxsən onlardan çox qorxuram. Məndən nəsə istədikləri zaman onların arzularını reallaşdırmayacağı təqdirdə başıma gələ biləcək posesləri gözümün önündə canlandıranda vəziyyətim kifayət qədər acınacaqlı olur. Onlar özünəməxsus tərzdə Azərbaycan dilinə daxil olmayan və jarqon sözlərdən istifadə edərək əks tərəfin inamını qazanmağa çalışır. Belələrinə qarşı  heç bir tədbir əlbətdə ki, nəticəsiz və uğursuz olacaqdır.  Bu indiyə qədər olub “Eurovision” ərəfəsində də olacaqdır. Turistlərin təhlükəsizliyini qorumaq məqsədilə Təhlükəsizlik Konsepsiyası hazırlanıb və Bakı Şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin rəisi Nurullah Məmmədxanlı bəyanat yaymışdır ki, “Bakı polis qarnizonunun 30 faizi müsabiqənin təhlükəsizliyini təmin etmək məqsədilə xidmətə cəlb ediləcək”.  Beynəlxalq tədbirdə təhlükəsizliyin obyektiv və daha üstün səviyyədə keçirilməsi üçün geridə qoyduğumuz illərdə “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etmiş Rusiya, Ukrayna və Almaniyadan teorik olmasa da praktiki təcrübələr toplanmaqdadır.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə hər gün paytaxtımızı digər şəhər və rayonlardan 50.000 avtomobil ziyarət edir. Sıxlıqların qarşısının alınması üçün buna qismən məhduduiyyət qoyulacaqdır.  Ümidvarıq ki, hər şey “Eurovision” turistlərinin ürəyincə olacaq.



10-cu mərtəbədəki fahişə sevgim


10-cu mərtəbədəki fahişə sevgim
Mən Nurlan Osmanlı 2 adım, 2 soyadım, 2 ailəm olmaqla yanaşı həm də statistikaka komitəsi yaxınlığında qalıram. 10 mərtəbəli binada. 6cı mərtəbədə mən 10-cu mərtəbədə o. Məni əbədi gözəllikdən yalnız 4 beton təbəqə başqa sözlə 9.2 m hündürlük ayırır. Iyun ayının axırları. Beyinim fikirlərlə kifayət qədər yüklənmiş vəziyyətdə. Məni narahat edən bu vəziyyətindən çıxmaq üçün həyətə düşüb siqaret çəkmək  ən optimal variant idi. Aşırı dərəcədə eqoist olduğumdan və bir məşhur dahinin aforizmini xatırlayraq- “komfortun üçün ölümü belə gözə almalısan” fikrinə hörmət edib, öz təklifimi dəyərləndirdim. Hansıki bunu eləməsəydim bu yazını yazmaq üçün əlimdə heç bir “ kozor” olmayacaqdı. Bloka düşəndə 10-cu mərtəbədə yaşayan fahişəni gördüm.
Mən onu gördüm. Bu görmək anlayışı bəlkə siz çoxunuz bilmirsiz nədir.  Baxmaq feli ilə görmək feli arasında gül və kül qədər fərq var. Yox! Yox! Hətta Amerika alleqatoru ilə Quba qayasında olan daş kəsəyi arasında olan fərqə bərabərdir. Mən fahişəni gözlərimlə hiss edirdim. Bütün potensial enerjisi və müsbət aurası damarlarıma keçmişdi.  Çox mükəmməl bir hiss idi o. Çox gözəl tama qeyri adi təbəssümü var idi. 3-cü dəfə görməyimə rəğmən səmimiliyi belə var. İnanmaq belə qeyri-mümkündür.
Nə isə.
Bilmədim nə edim. O, blokda dayanıb öz “klientini” gözləyir. Mən isə siqaret yandırıb guya telefonla danışmağa başladım. Bilə-bilə də rusca danışdım ki, reputasiya qalxsın. Rus olduğunu bilirdim. Simamsında slavyan gözəlliyi var idi. Blandinka və göy göz idi. Tam Qafqaz igidinin zövqünü oxşayırdı. Boyu uzun, qaməti düz, saçı açılmış və bədənində eləcə də paltarında heç bir qüsur olmayan qadın idi. Adı Alena idi. 22 yaşı var.  Sonra tez-tez ona baxdım. O,halal süd əmmiş qız roluna girərək yerə dikmiş gözlərini qaldırmağa utanırdı sanki.  Halbuki 20-25 dəqiqə sonra ilk dəfə görəcəyi kişi xeylağına öz bədənini 100$-a satacaqdı.
Gözəlliyi həddən ziyadə idi. 4 sözlə: qüsursuz, ideal xariqüladə və pakizə. Bu gözəlliyi dost tanışa bacardığım qədər müqəddəsləşdirilmiş və əbədiləşdirilmiş şəkildə danışsamda hamsı onunla qısa zaman ərzində eləyə biləcəkləri siyahını danışırdı. Utanmasam deyərəm ki, onu qısqanırdım. Axı o mənim “sevgim ” idi.
Sirli adaya düşmüş 5 kolonistin 2 gün 2 gecə ac qaldığını Jül Vern öz əsərində super göstərmişdi.  Mən ona blokda bax həmin aclıqla baxırdım. Bu proses mənim bir illik mədəni zövq tələbatımı ödəmək üçün ideal vasitə idi.  Qara paltar ona çox yaraşırdı. Əvvəl elə bilirdim mələklər yalnız ağ rəngdə geyinir. Bizim mübarək blok isə bu fikrimi darmadağın edən ilk və son məkan idi. pilləkənləri düşərkən onun  “privet ” deməsi az qala məndə ereksiyaya səbəb olacaqdı. Nəink i özü hətta səsi belə gözəl- tam dəymiş qarpıza yekə qarın və qolunun altı tərli olan kişinin toxunuşu zamanı peydahlanan səs kimi boğuq və təmiz idi. ehh... onun təbəssümünü görmək, səsini eşitmək,  gözəlliyini hiss eləmək arzusu ilə...
Hələlik sevgim
02/08/12  
06:13

понедельник, 16 апреля 2012 г.

Dalğa Gənclər Hərəkatı kimdən maliyyələşir?


Etibarlı olan mənbədən aldığımız məlumata görə Dalğa Gənclər Hərəkatı 30.02.1395-cı ildə qədim hunlular tərəfindən təsis edilmişdir. Və adı çəkilən təşkilat yaranmasından 600 ildən çox vaxt keçsədə öz qürur və şərəfini qoruyub saxlamağı bacarıb. Bu dövr ərzində Dalğa Gənclər Hərəkatı biz türklərə eləcə də biz türklərin qismində bütün bəşr xalqına 200-dən çox gənc aktivistlər bəxş etmişdir.
Mən adı çəkilən təşkilatın 69-cu media koordinatoru olaraq onu deyə bilərəm ki, təşkilatımız ölkəmizə- millətimizə, sərvətimizə, milli-mənəvi dəyərlərimizə, dolmamıza- aşımıza- bozbaşımıza, paxlavamıza, sazımıza- mizrağımıza, oxumuza- yayımıza sadiq çıxmaqla yanaşı həmdə bizi tam bir bozqurd kimi yetişdirir, sosilist-konservatist idealogiyaları bizə aşılayaraq ruhumuzu Che ilə qidalandırmağa əlindən gələni edir. Demək olar ki, belə dövrdə bizə konservatizmi aşılayan, tərənnüm edən yeganə cəmiyyətdir. 
Bu haqda çox şey danışmaq olar. Məsələn elə götürək təşkilatın yaranma vaxtını. Deməli çox gözəl bir tarixə təsadüf edir. Cümə günü, 30 fevral. əlbətdə hər bir statistik göstəricinin daxilində bir sirr yatır. Dalğa təzə-təzə yaranmağa başlayanda Leanardo adlı bir rəssam var imiş. O özünün hər bir əsərində minimum 15 kod gizlətməyi bacarırdı.  Eləcə də təşkilatın yaranma ili- 1396. Burda bir siirin gizləndiyi açıq-aydın bilinir. Leanardo bunu görəndə belə dedi: Gəlin bunu tərsinə oxuyaq və hər rəqəmi cüt-cüt ayıraq. Əldə olunmuş rəqəmlər “Kamal ultra” kitabının baş hərifləri olacaqdır. Həqiqətən onun effektini, cəmiyyətdə nə dərəcədə fundamental bir mövqedən çıxış etdiyini görmək olar. Nəticə etibarilə bizdə əldə olunan rəqəmlər 69 və 31-dir. Bu dğurdanda Leanardo sənətinin mövcudluğunu bizə sübut edən yeganə dəlildir.
Hal-hazırda kapitalizmdə olan çüəyyən iqtisadi çevrilişləri nəzərə alsaq da almasaqda maddi tələbat stabildir. Ona görə də nəyisə idarə etmək üçün ona maddi dəstək olmalıdı. Dalğaçılar müəyyən yerlərə müraciət etsə də  onalara yardım əlini uzadan olmamışdı. Bundan təsirlənən gənclər öz orintasiyalarını və əqidələri dəyişməklə azadlıq və xoşbəxtlik faktorunu özündə birləşdirən varlıq yaratmaq qərarına gəlirlər. Eləcə də indiki “Dalğaçılar”. Bunu etiraf etmək lazımdır ki, biz 1990-cə ildə Birləşmiş Ştatlarda Fəaliyyətə başlayan “LGBT”-dən(lesbian, gay, bisexual, transgender) maliyələşirik. Bunun müqabilində biz öz qanımızdan olan birini bura qurban veririk, artıq o canlının öz seçim azadlığı var. Hər il ərzində xeyriyyəyə toplanan gəlirləri  hesablamasaq büdcədə tam olaraq 48.799$ pul var.
P.S. Dalğa Gənclər Hərəkatının masonlar tərəfindən maliyəlşməsinə inanmayın bu dezinformasiyadır!

четверг, 15 декабря 2011 г.

faritE

faritE
Etiraf eliyim ki, bu mövzuda yazmaq ağlımın ucundan da keçmirdi. Nəsə gələn gedənlərin lövhələrində ancaq bu postnan üzləşməyim məni etiraf eləməyə məcbur elədi.
Kütlədən, cəmiyyətdən hətta ailəmdən gizlətdiyim çox xatirələrim var.  Etiraf eləyirəm ki, indiyə qədər 27 qızdan xoşum gəlib. Bunu yadda saxlamaq elə də çətin olmamışdı mənim üçün. Deməli əvvəl ev tapşırıqlarını elədiyim yazı taxtasının üstünə “sevdiyim” qızların baş hərfini və 10 ballıq sistemdə nə qədər sevdiyimi göstərmişdim. Daha sonra onu bir vərəqə daha doğrusu (ingilis dili kursunda mənə red murphydən keçirdilər) kitabın son vərəqinə qeyd eləmişəm.
Sıranı sizərlə bölüşə bilərəm və tam səmimi deyirəm bunu.
1.      Gülər 3. Sinif yoldaşım. Dalına vurulmuşdum- ərdədi.
2.      Lamiyə 2. Gülərin padruqası. (anasınnan xoşum gəlirdi)- nişanlıdı.
3.      Səadət 1. Dirənmişdiki səni sevirəm sinif yoldaşı- ərdədi.
4.      Kəmalə 4. Dostumun sevgilisi- ilk öpüşdüyüm sevgilim.
5.      Ceren 5. “Kanal D”-dən “sehirli annem” kinosunun aktrisası. P.S. gülən kişi deyil.
6.      Нигяр 8. Qohumdu mənə sırımaq istəyirlər.
7.      Мирана 6. Kimya hazırlıq-qəşəng gülürdü.
8.      Фаргана 6. Sinəsi və ayaqları çox qəşəng idi. Glamur idi. Ilk yatdığım sevgilim. Ilk və tək kunilinqus etdiyim sevgilim.
9.      Günay 4. Xatırlamıram. Sadəcə yatmışam.
10.  Aygün 4. Günayın bacısı. ən çox söyüş söyən sevgilim. Sadəcə yatmışam.
11.  Aydan 6. Direktorun qızı idi. 4-cü yatdığım sevgilim.Damarımı kəsdiyim ilk sevgilim.P.S. düşüylüyümü əhf edin dostlar canlar ciyərlər.
12.   Юля 7. Blandinka və göy göz idi. Buna görə sevirdim-blandinka olduğuna görə. Öpəndə sevdiyimi bilmişdim.
13.  Fidan 6. Dostumun sevgilisi olub. Az qala uşağımız olurdu. ən çox yatdığım sevgilim. Evə gətirdiyim ilk sevgilim.
14.  Nərgiz 10. No comment.
15.  Tahirə 2. Qrup yoldaşım.sevgilisi var.Radikal vaxtlarım idi. Qızın başı bağlı idi.P.S. dostlardan üzr istəyirəm belə hərəkətə yol verdiyim üçün.
16.  Adını bilmirəm 5. Saçımı kəsdirməyə gedəndə yolda görmüşdüm.
17.  Minayə 4. Universitetdə görmüşdüm. Saçı sarıya oxşatmışdım sonra gördüm sarı zad deyil- nişanlıdır.
18.  Adını bilmirəm 5. Universitetdən çıxanda görmüşdüm. Karamelka, mulatka, blandinka, göy göz, “Ray ban” eynəyi, çəhrayı pomada, i love NY köynəyi, 13 sm şpilkası məni cəzb eləmişdi. 10 dəq dalıyca düşdüm və itirdim.
19.  ............................................................................
20.  Nigar 2. 5. Partydə tanış olduq. Maraqlı idi. 4 dənə şeir birdənə məqalə yazdığım qız.
21.  Leyla (yadıma gəlmir kimdi).
22.  Şəbnəm 1. Facebookda flirt edirdik- bağlanmışdım.
23.  Vəfa 5. Sumqayıt blog günü.
Olan qalan hörmətimi itirməmək üçün digər 4-ü yazmıram və xahiş edirəm ki, təkid etməyəsiniz.

Mən etiraf eləyirəm ki, qaramat olduğumla fəxr eləmişəm.
Mən etiraf eləyirəm ki, beatboxdeməyi bacarıram.
Mən etiraf eləyirəm ki, saqqalım olmadığı üçün utanıram.
Mən etiraf eləyirəm ki, öz xoşumla üzeyirə qulaq asmışam. Elə bildim qulaq asannan sonra beynim partlayıb öləcəm. Bir növ homisid idi (intihar).
Mən etiraf eləyirəm ki, bir dəfə araq içmişəm.
Mən etiraf eləyirəm ki, İphone,İmac,Macbook,İpod və İpad-ım olmadığı üçün utanıram.
Mən etiraf eləyirəm ki, mənim 2 anam, 2 atam, 2 bacım, 2 qardaşım var.
Mən etiraf eləyirəm ki, dırnaqlarmı yeyirəm və hətta uşaq vaxtı ayaq dırnaqlarımı da yemişəm.
Mən etiraf eləyirəm ki, mənə arıq deyəndə xətrimə dəyir.
Mən etiraf eləyirəm ki, məhşur olmadığım üçün utanıram.
Mən etiraf eləyirəm ki, blogum məhşur olmadığı üçün utanıram.
Mən etiraf eləyirəm ki,  yazdığım kitabın sujet xətti olmadığı üçün narahatlıq hiss keçirdirəm.
Mən etiraf eləyirəm ki, əvvəl evdən 6 min manat oğurlamışam.
Mən etiraf eləyirəm ki, mənim 7 dənə məməşim var. Atavizm.
Mən etiraf eləyirəm ki, ailəmdən bezmişəm.
Mən etiraf eləyirəm ki, atalar sözlərini həyatda ən əhəmiyyətsiz və mənasız söz kimi qəbul eləyirəm.
Mən etiraf eləyirəm ki, “edirəm” sözündən zəhləm gedir.
Mən etiraf eləyirəm ki, ingilis dili müəlliməmə kəm göznən baxmışam.
Mən etiraf eləyirəm ki, “like” yığa bilmədiyim üçün özümü cəmiyyət standartlarına cavab verməyən bir avadanlıq kimi hiss eləyirəm.
Mən etiraf eləyirəm ki, dünyada ən çox qardaşımı istəyirəm.
Mən etiraf eləyirəm ki, nazirlərin adlarını dəftərdə yazmaqla öyrənmişəm.
Mən etiraf eləyirəm ki, Əli Əkbərin “Artuş və Zaur”unu 4 dəfə oxumuşam.
Mən etiraf eləyirəm ki, alma yeyəndə hamsını yeyirəm.
Mən etiraf eləyirəm ki, mən solaxayam.
Mən etiraf eləyirəm ki, 1 ay əvvəl həyətdə pişiyi sığalladağım vaxt məndə ereksiya baş verdi. (mən zoofil deyiləm)
Mən etiraf eləyirəm ki, ən çox 44 saat oyaq qalmışam.
Mən etiraf eləyirəm ki, fahişələrdən iyrənirəm.
Mən etiraf eləyirəm ki, masson olmaq istəyirəm. :)

Pası göndərirəm dostum Cavad Nəsirova. Mənə onun etirafları maraqlıdır.




суббота, 3 декабря 2011 г.

Sum da qayıtdı.



Sum da qayıtdı.
3-4 Dekabr tarixlərində  Azərbaycanın 100-dən çox fəal bloqçu və sosial media istifadəçiləri  Barkamp Azərbaycan və Sağlam Düşüncə Gənclər Təşkilatının təşkilatçılığı ilə  Qafqaz Universitetində "Sumqayıt Bloq Günü" tədbirində bir araya artıq gəldilər. Nəsə bu biraz press relizə oxşadı.
Deməzdim maraqsız keçdi. Yadda qalan bir çox hadisə baş verdi proqramda göstərilən 13 saat ərzində.
Deməli ilk olaraq konfransada bir neçə media və QHT işçiləri  iştirak elədi. “Sahil İT”-in sədri Vahid müəllim Qasımovun çıxışı ekstentrik təsir bağışladı bizə. Bununla paralel olaraq komedik bir görüntü qaçmadı bəzilərimizin gözündən. Vahid müəllimin istifadə etdiyi netbuk proyeksiya aparatının köməyi ilə konfrans iştirakçılarına görüntülənirdi. Gülüşə səbəb isə,  netbukun iş masasında olan “Kənan üçün kamasutra” word səhifəsi idi.
Konfransdan sonra kiçik fiesta quruldu.Daha sonra isə rəhbərimiz olan Sumqayıt gözəli Vəfa xanımın müşayiəti ilə gözəl olan şəhərlə qismən də olsa tanış olduq. Aktiv olan sahələr isə kitab evləri və kitabxanalar oldu. Əvvəl dilemma arasında qalsaq da ilk olaraq 1 yaşını yeni qeyd etmiş kitab mağazasına ekskursiya etdik. Xoş təsir bağışlamadı.Aura ürək açan deyildi. Yaddaş üçün bir neçə  şəkil çəkirdik ki, kitab mağazasında işlədiyi təqdirdə heç bir kitab oxumayan cavan  satıcılar, onlarında şəklini çəkməyimizi təkid etdilər. Üzlərində elə təbəssüm var idi ki, sanki, Qarabağı almışıq Ermənistanında behini vermişik.
Sonra orientiri götürdük  “Səməd Vurğun”  adına kitab evinə. Nisbətən melanxoliyadan ayılsaq da süniliklərlə bəzədilən kitab evi əks təsürat doğururdu. Kitab evi 2 mərtəbəli idi və hər mərtəbədə yüzlərlə Əliyevlər kitabları adamın ürəyini bulandırırdı. Kitabxanaçı ilə kiçik diskusiyam belə oldu.
-         Heydər Əliyevə aid neçə kitab var?
Qadın gülərək cavab  verdi.
-         Çooox..
-         Bəs İlham Əliyev haqda?
Həm cavab həm də mimika eyni idi.
-         Bəs bizim ümummilli lider, ulu öndər Məmməd Əmin Rəsulzadə haqda?
Mimikanın dəyişməsi ilə paralel olaraq cavab da dəyişdi.
-         Yoxdur.
Cavabın belə olacağını bilirdim. Digər alternativ variant yox idi onsuzda. 
Dözülməz bir xalqdır, həbs eləməlisiniz onları dərhal.
Həə. Gəldim günün ilk şokunu yaşadığım hadisəyə. Buna səbəb Xan Rəsuloğlu idi. Kişi bir söz ilə dahi idi. Oxuduğu kitablardan məlumat və bizə kifayət qədər qiymətli olan tövsiyələr verdi. Bəzi suallarıma da cavab verdi  və öyrəndim ki, ən sevdiyi söz “sevgi”, nifrət etdiyi söz isə “müharibə ” dir. Nə qədər gülməli olsa da IQ testinin nəticəsini soruşdum və o mənə özündəki operativliyin zəif olmasından bəhs elədi. Həqiqətən ilk dəfə idi ki, fəxr eləyirdim. Mənim də ölkəmdə belələrinin olması sevindirici haldır. Məncə nəinki Sumqayıt hətta bütün Azərbaycan əhli onunla fəxr eləməlidir.
Artıq aclıq hissi bütün istəklərin üstündən xətt çəkməyimizə işarə verdi. Biz də bunu dəyərləndirdik, istiqamətləndik Vəfa xanımın evinə. Anası çox dadlı fars aşı bişirmişdi. Günün ikinci şokunu isə burda yaşadım. Bu, ananın həyat monoloqu idi. Bir müddət hətta Vəfaya paxıllıq elədim ki, niyə mənim belə anam yoxdur.
Gəldik əsas məsələyə... Az qala təcavüzə uğrayırdıq. Yeməkdən sonra party'ə gələrkən şəhər sakinləri qızlara söz atdı. Nəysə o dedi, bu dedi o dedi, bu dedi... Söhbət qızışdı. Qızlar artıq müdaxilə eliyirdi ki, bağlayın söhbəti. Yaxşı ki, digər yoldaşımız “anlayışlı” davranıb üzr istədi yoxsa fövqalədə halın olması heç də qaçınılmaz deyildi. Bunu da bacarıq ilə yola verdik.
Gəldik partyə. Party qəribə özünəməxsus tərzdə başladı və eyni ilə də bitdi.
 Sağlam Düşüncə Gənclər Təşkilatının simvolik mahnısı və rəqsi hamının ağzını açıq qoymuşdu. Musiqi “dirık dirıkdi dirık dirıkdi dirık dirıkdi hav hav hav” deyə səslənirdi.Bu mənə yoqizm fəlsəfəçilərinin meditasiyasını xatırlatdı... Hamı öz müqəddəs nirvanasına çatmaq üçün özünün bütün orqanlarını əsdirirdi. Hətta vəziyyət elə gətirdi ki, onlar sanki ruh çağırırdılar sonda isə elə sevindilər ki, elə bil məqsədlərinə nail olmuşdular. Sonda party'ni ümümi dəyərləndirsək təşkilatı konsepsiya elədə maksimal səviyyədə deyildi.
Sumqayıtda çəkdiklərim maraqlı fotolar - Samsung GT C5212 i duos ...


  
Che Guevaranın ilk inşa etdiyi abidə.    





"İkoş," "Türkan," "sevgi" və "faşizm" sinapsı.

















Nəinki, Bakıda heç Türkiyədə 70 qəpiyə dönər tapmazsan.




















 Yeni sosial şəbəkə- www.qmail.com


















Euronewsda proqram var no comment...




















 Kitab bilik mənbəyidir- dəstəsi 20 qəpiyə




















 Gənclər şəhərində siqaret atmağa zibil qabı tapa bilmədiyimə görə ciblərim dolmuşdu.












Tələbələrə təbii ehtiyaclarını ödəmək qadağan edilir!








Yalnız və yalnız personal daxili giriş mövcuddur...