Sum
da qayıtdı.
3-4
Dekabr tarixlərində Azərbaycanın 100-dən çox fəal bloqçu və sosial media
istifadəçiləri Barkamp Azərbaycan və Sağlam Düşüncə Gənclər Təşkilatının
təşkilatçılığı ilə Qafqaz Universitetində "Sumqayıt Bloq
Günü" tədbirində bir araya artıq gəldilər. Nəsə bu biraz press relizə
oxşadı.
Deməzdim
maraqsız keçdi. Yadda qalan bir çox hadisə baş verdi proqramda göstərilən 13
saat ərzində.
Deməli
ilk olaraq konfransada bir neçə media və QHT işçiləri iştirak elədi. “Sahil İT”-in sədri Vahid müəllim
Qasımovun çıxışı ekstentrik təsir bağışladı bizə. Bununla paralel olaraq
komedik bir görüntü qaçmadı bəzilərimizin gözündən. Vahid müəllimin istifadə
etdiyi netbuk proyeksiya aparatının köməyi ilə konfrans iştirakçılarına
görüntülənirdi. Gülüşə səbəb isə,
netbukun iş masasında olan “Kənan
üçün kamasutra” word səhifəsi idi.
Konfransdan
sonra kiçik fiesta quruldu.Daha sonra isə rəhbərimiz olan Sumqayıt gözəli Vəfa xanımın müşayiəti ilə gözəl olan şəhərlə
qismən də olsa tanış olduq. Aktiv olan sahələr isə kitab evləri və kitabxanalar
oldu. Əvvəl dilemma arasında qalsaq da ilk olaraq 1 yaşını yeni qeyd etmiş kitab mağazasına ekskursiya etdik.
Xoş təsir bağışlamadı.Aura ürək açan deyildi. Yaddaş üçün bir neçə şəkil çəkirdik ki, kitab mağazasında işlədiyi
təqdirdə heç bir kitab oxumayan cavan
satıcılar, onlarında şəklini çəkməyimizi təkid etdilər. Üzlərində elə təbəssüm
var idi ki, sanki, Qarabağı almışıq Ermənistanında behini vermişik.
Sonra
orientiri götürdük “Səməd Vurğun” adına kitab evinə. Nisbətən melanxoliyadan
ayılsaq da süniliklərlə bəzədilən kitab evi əks təsürat doğururdu. Kitab evi 2
mərtəbəli idi və hər mərtəbədə yüzlərlə Əliyevlər kitabları adamın ürəyini
bulandırırdı. Kitabxanaçı ilə kiçik diskusiyam belə oldu.
-
Heydər
Əliyevə aid neçə kitab var?
Qadın
gülərək cavab verdi.
-
Çooox..
-
Bəs
İlham Əliyev haqda?
Həm
cavab həm də mimika eyni idi.
-
Bəs
bizim ümummilli lider, ulu öndər Məmməd Əmin Rəsulzadə haqda?
Mimikanın
dəyişməsi ilə paralel olaraq cavab da dəyişdi.
-
Yoxdur.
Cavabın
belə olacağını bilirdim. Digər alternativ variant yox idi onsuzda.
Dözülməz bir xalqdır, həbs eləməlisiniz onları dərhal.
Dözülməz bir xalqdır, həbs eləməlisiniz onları dərhal.
Həə.
Gəldim günün ilk şokunu yaşadığım hadisəyə. Buna səbəb Xan Rəsuloğlu idi. Kişi
bir söz ilə dahi idi. Oxuduğu kitablardan məlumat və bizə kifayət qədər qiymətli
olan tövsiyələr verdi. Bəzi suallarıma da cavab verdi və öyrəndim ki, ən sevdiyi söz “sevgi”, nifrət
etdiyi söz isə “müharibə ” dir. Nə qədər gülməli olsa da IQ testinin nəticəsini
soruşdum və o mənə özündəki operativliyin zəif olmasından bəhs elədi. Həqiqətən ilk dəfə idi ki, fəxr eləyirdim. Mənim də ölkəmdə belələrinin olması sevindirici haldır. Məncə nəinki Sumqayıt hətta bütün Azərbaycan əhli onunla fəxr eləməlidir.
Artıq
aclıq hissi bütün istəklərin üstündən xətt çəkməyimizə işarə verdi. Biz də bunu dəyərləndirdik,
istiqamətləndik Vəfa xanımın evinə. Anası çox dadlı fars aşı bişirmişdi. Günün
ikinci şokunu isə burda yaşadım. Bu, ananın həyat monoloqu idi. Bir müddət hətta
Vəfaya paxıllıq elədim ki, niyə mənim belə anam yoxdur.
Gəldik
əsas məsələyə... Az qala təcavüzə uğrayırdıq. Yeməkdən sonra party'ə gələrkən şəhər
sakinləri qızlara söz atdı. Nəysə o dedi, bu dedi o dedi, bu dedi... Söhbət
qızışdı. Qızlar artıq müdaxilə eliyirdi ki, bağlayın söhbəti. Yaxşı ki, digər
yoldaşımız “anlayışlı” davranıb üzr istədi yoxsa fövqalədə halın olması heç də
qaçınılmaz deyildi. Bunu da bacarıq ilə yola verdik.
Gəldik
partyə. Party qəribə özünəməxsus tərzdə başladı və eyni ilə də bitdi.
Sağlam Düşüncə
Gənclər Təşkilatının simvolik mahnısı və rəqsi hamının ağzını açıq qoymuşdu.
Musiqi “dirık dirıkdi dirık dirıkdi dirık dirıkdi hav hav hav” deyə səslənirdi.Bu
mənə yoqizm fəlsəfəçilərinin meditasiyasını xatırlatdı... Hamı öz müqəddəs
nirvanasına çatmaq üçün özünün bütün orqanlarını əsdirirdi. Hətta vəziyyət elə
gətirdi ki, onlar sanki ruh çağırırdılar sonda isə elə sevindilər ki, elə bil məqsədlərinə
nail olmuşdular. Sonda party'ni ümümi dəyərləndirsək təşkilatı konsepsiya elədə
maksimal səviyyədə deyildi.
Sumqayıtda çəkdiklərim maraqlı fotolar - Samsung GT C5212 i duos ...
Che Guevaranın ilk inşa etdiyi abidə.
Sumqayıtda çəkdiklərim maraqlı fotolar - Samsung GT C5212 i duos ...
Che Guevaranın ilk inşa etdiyi abidə.
"İkoş," "Türkan," "sevgi" və "faşizm" sinapsı.
Nəinki, Bakıda heç Türkiyədə 70 qəpiyə dönər tapmazsan.
Yeni sosial şəbəkə- www.qmail.com
Euronewsda proqram var no comment...
Kitab bilik mənbəyidir- dəstəsi 20 qəpiyə
Gənclər şəhərində siqaret atmağa zibil qabı tapa bilmədiyimə görə ciblərim dolmuşdu.
Tələbələrə təbii ehtiyaclarını ödəmək qadağan edilir!
Yalnız və yalnız personal daxili giriş mövcuddur...
Yeri var haa )) aferin :)
ОтветитьУдалитьZəhmət olmasa background şəklini dəyiş, oxumag çətin olur.
ОтветитьУдалитьçox sağol İlqar)) okay kamran
ОтветитьУдалитьaxaxaxaxaxax " Tələbələrə təbii ehtiyaclarını ödəmək qadağan edilir "
ОтветитьУдалитьyeri vaarr yeri varrr (c) ))))
Maraqlı yaz idi, yaxşı-pis fərq etməz.əsas odur ki Sumqayıtda gənclər nəsə etmək istəyir.bu özü bir uğurdur..
ОтветитьУдалитьNəfəs xanım dəstəyə görə minnətdaram (r) )))
ОтветитьУдалитьeşq olsun.. mən bu qeyri əlamətdar gündən sonra sizinlə tanış olmağıma bir daha şad oldum...siz ora gəlməsəydiniz məndə sizi tanımayacqdım. yaxçıkı gəldiniz
ОтветитьУдалитьeşq olsun))
ОтветитьУдалить