пятница, 3 августа 2012 г.

Paradoksal fikirlər.


Paradoksal fikirlər.
Insan fiziologiyası elə ideal və mükəmməldir ki, beyinin boş durduğu anı belə hətta eləmək mümkün deyil.  Həmişə fəaliyyətdə olan beyin şərti olaraq müəyyən edilmiş kriteriyalara aid olunan istiqamətlərdə düşünür. Beyinin nə haqda düşündüyünü düşünmək zövq verir adama. Bu qeyri adi ekstrovaqant zövqü dadmaq isə çox-çox təəssüf olsu ki, hamıya qismət olmur. Və növbəti təəssüf olsun ki, bu zövqü dadmayanlar çoxluq təşkil edir. Eyni quruluşa malik olan varlıqların bir- birinə tam paradoks istiqamətlənməsi normaldır məncə. Hüseyin Cavid parkında həmişə gəzən dilənçinin düşüncəsində yaxın gələcəyin planı və həmin planın kiçik sadə quruluşa malik modeli qurulur, məsələn:
 “axşam müdir məndən nə qədər pul götürüb və əvəzində nə yemək verəcəyini düşünmək kimi”... Amma, eyni zaman və məkan daxilində bayaqkı dilənçinin yanından keçən playerlə müsiqiyə qulaq asan  rolikli qızın planı isə tamam fərqli olacaq. Məsələn: “evə gedib yeni playlist ətrtib eləyimmi görəsən? bu gün kuklamın saçını anamın darağı ilə darayım yoxsa öz darağımla?” kimi...  Belə düşüncəyə yeganə səbəb yaşadığın və adaptasiya olduğun mühitdir. Fikir verdinizsə, ilk nümunədə maddi nemət ön plandadır, xoşbəxtliyini musiqili rolik sürməkdə tapmış qızda isə tamam fərqli olaraq qeyri maddi nemət qabardılmışdı.

Комментариев нет:

Отправить комментарий