пятница, 3 августа 2012 г.

Azərbaycan inteqrasiyası


Azərbaycan inteqrasiyası

Bildiyimiz kimi 22 may 2012-ci il tarixində Azərbaycanda Avropa şöhrətli 57-ci “Eurovision Song Contest” (Avroviziya Mahnı Müsabiqəsinə) start veriləcəkdir. Bu bizim beynəlxalq arenada say etibarilə  barmaqla sayılan sosial-mədəni uğurlarımızdan biridir. Düzdür  müsabiqədə ölkəmizi zəngin mənəvi dəyərlərimizlə yəni spesifik musiqi mədəniyyətimizlə təmsil etməsəkdə, Avropa sayağı üslublardan da necə deyərlər başımız çıxır.

 

Azərbaycanın gündən-günə gözəlləşdiyini danmaq mümkün deyil. Bunu həm vətəndaşlar, həm də qonaq qismində xaricdən gələn turistlər də təsdiqləyir. Magistral və şosselərin bərpası, yalnız mərkəzi küçələrin abadlaşdırılması, göydələn və körpülərin inşaası buna maddi dəlildir.
 Hər kəs bilir ki, ideal yəni, orada məskunlaşan əhalinin bütün tələbatlarını lazımıca ödəyən məkan mövcud deyil. Azərbaycan da belə yerlərə aiddir təbii ki. Hər yerin bir lokal, aktual problemi olduğu kimi bu məmləkətin problemi də kütlənin düşüncəsindədir. Onları şərti olaraq iki qrupa ayırmaq olar.
1.      Sovet dövründə yaşamış təbəqə
2.      Yeni təbəqə
Düşüncə tərzlərinə, idealogiylarına,  fikirlərinə, tənqid və təsdiq etmə kriteriyalarına görə bir birindən kəskin fərqlənirlər. Bilmirəm niyədir, birinci təbəqəni əhatə edən kütlə daha aqressiv, istənilən prosesə daha könülsüz, cəmiyyətdə heç bir rolunun qalmadığını və cəmiyyətin belə vəziyyətə gəlməsinin əsas problem resursu kimi gəncləri görür. 2-ci təbəqə isə qismən tolerant rol oynanyır və cəmiyyətin əksər hissəsinin sosiallaşmasında daha iddialı görsənir.
Yaşlı nəsli hardasa başa düşmək olar, onların keşməkeşli həyat yoluna nəzər salsaq, düşüncələri ilə tam adekvatdır. Gənclərin isə  son zamanlarda istər bu mövzuda istər başqa qeyri real düşünməsi artıq ölkədə ciddi problemlərə gətirib çıxara bilər. Çünki strukturalizm nəzəriyəsinə biz əsaslansaq görərik ki, elə cəmiyyətin lokomotivi gənclərdir.  
Qayıdaq müsabiqəyə. Müsabiqəyə qismən layiqli cəmiyyətin olduğu kəskin surətdə hər kəs tərəfindən hiss olunur. Bizim xalq dözümlü xalqdır.Opponent tərəfdən  bizə olan tənqidə, təzyiqə, atəşə, hücuma, faciəyə, soyqırıma dözmüşük.  Eləcə də şəhərin mərkəzi küçələrində gəzən, vətəndaşların təbbi azadlıq və insan hüquqlarını pozan“dilənçilərə” də. Kifayət qədər yer saymaq olar onlara rast gəlmək üçün. Ən çox ictimai və kütlənin sıx olduğu yerlərdə  insanlara fərdi surətdə yaxılaşaraq müxtəlif özünəməxsus və daha fundamental olan bəhanələrlə onlardan pul istəyirlər.Tutduqları mövqe o qədər bonal və sadə, xarakterləri isə mənəviyyatsız olduğundan insanları onlara maddi dəstək göstərməsi üçün dəfələrlə təkid edirlər. Əvvəl ən ucuz sayılan ictimai nəqliyyat olan yeraltı metroda, asayiş keşikçilərindən də heç çəkinməyərək vətəndaşları narahat edirlər. Maraqlısı budur ki, vətəndaşların narahat olunması heç onların vecinə də deyil.
Məsələ təbii ki bununla bitmir. Dilənçilərə rast gəldiyin müddətdə demək olar ki insan heç bir qorxu sindromu yaşamır. Lakin onlarla paralel paytaxtımızın mərkəzi küçələrində səyyar dilənçiliklə məşqul olan “ponyatkalı” vətəndaşlara da rast gəlinir. Onlar da sakit adamlara yaxınlaşaraq müxtəlif bəhanələrlə pul istəyirlər. Bayaqkı dilənçilərdən fərqi isə həm danışıqlar, həm də pulun miqdarıdır. 20 illik həyat təcrübəmdə bunu anlaya bilmədim. Mən şəxsən onlardan çox qorxuram. Məndən nəsə istədikləri zaman onların arzularını reallaşdırmayacağı təqdirdə başıma gələ biləcək posesləri gözümün önündə canlandıranda vəziyyətim kifayət qədər acınacaqlı olur. Onlar özünəməxsus tərzdə Azərbaycan dilinə daxil olmayan və jarqon sözlərdən istifadə edərək əks tərəfin inamını qazanmağa çalışır. Belələrinə qarşı  heç bir tədbir əlbətdə ki, nəticəsiz və uğursuz olacaqdır.  Bu indiyə qədər olub “Eurovision” ərəfəsində də olacaqdır. Turistlərin təhlükəsizliyini qorumaq məqsədilə Təhlükəsizlik Konsepsiyası hazırlanıb və Bakı Şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin rəisi Nurullah Məmmədxanlı bəyanat yaymışdır ki, “Bakı polis qarnizonunun 30 faizi müsabiqənin təhlükəsizliyini təmin etmək məqsədilə xidmətə cəlb ediləcək”.  Beynəlxalq tədbirdə təhlükəsizliyin obyektiv və daha üstün səviyyədə keçirilməsi üçün geridə qoyduğumuz illərdə “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etmiş Rusiya, Ukrayna və Almaniyadan teorik olmasa da praktiki təcrübələr toplanmaqdadır.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə hər gün paytaxtımızı digər şəhər və rayonlardan 50.000 avtomobil ziyarət edir. Sıxlıqların qarşısının alınması üçün buna qismən məhduduiyyət qoyulacaqdır.  Ümidvarıq ki, hər şey “Eurovision” turistlərinin ürəyincə olacaq.



Комментариев нет:

Отправить комментарий