суббота, 26 ноября 2011 г.

Maşın


 Maşın.
Mən doğurdanda axmaqam. Bunu kiməsə sübut eləməyə ehtiyacım belə yoxdu. Normal vəya fərq etməz anormal adamlar bunu məninlə danışan kimi başa düşürlər. Maşınım həqiqətən xarabdı. Heç bir problemi yoxdu, mənə də narahat eləmir, amma, xarabdı. Düz yolda olmadığımı hiss eləmişəm bilirsiz necə? Çünki daş yolda gedirəm və bu mənə əzab verir. Daş yoldan asfalt yola artıq neçə aydır ki, çıxa bilmirəm. Bu mövzuda da həmişə olduğu kimi günah məndə yox “mən”dədir. Asfalt yola məni aparsalar da o qoşulduğum maşına inam hissinin zeif olmasından imtina eləmişəm. Özdə elə imtina ki, məni daşıyan maşın belə bunu başa düşmür, elə bilir onunla gedirəm halbuki onunla deyiləm..
Həə. Həmişəki kimi daş oldayam. Doğma yolumda. Həyatda ən zəhləm gedən şeylər məhz doğmalardır. Bu doğma yoluma da nifrət eləyirəm. Məni asfalt yola aparan maşın böyük maşın olmalıdı məsələn Kamaz olmalıdı.  Yaşadığım ölkədə isə bir dənə Kamaz var. Həmin maşının sahibinə dəfələrlə müraciət etsəmdə məktubum, smsim, ürəyim cavabsız qaldı. Demək nəticəyə gəlmək qərarı gəlir. Üzr istəyirəm düşünüb analiz etmək sonrakı etap isə nəticə çıxartmaqdır. Çarə birdir, yekdir, təkdir.. O gəlməyəcək! Özüm bacarmalıyam deməli! 
BIR QIZ VAR SEVDİYİ BUNA ƏL VERMİR.MƏNDƏ BU YAZINI HƏMİN QIZA YAZMIŞAM ))

четверг, 24 ноября 2011 г.

Telefon ya söndürülüb ya da prezidentə zəng çatmır.


Telefon ya söndürülüb ya da prezidentə zəng çatmır.
Həə.. Belə-belə işlər.. Bilirəm ki, mövzunun adı maraqlı olduğundan, məqalə də maraqlı gəlir.. Yəni mən belə düşünürəm. Biraz səni- əziz oxucu intizarda saxlamaq istəyirəm..
Bu dəfə danışmayacam Ziya bəyin oğlu-Anar Məmmədovun qəhrəmənlığından,ayı ətindən olan bifşteksi yeməyindən, Türkiyədəki milyonlarla ölçülən 44 sotluq torpaq ərazisindən, danışmayacam qardaşı Nəriman Məmmədovun Dağıstandakı turizm işlərinnən, 5 dənə yeni otelindən, danışmayacam bu olliaqarxın, idmançı Azad bəy Rəhimovun, vergi yığan Fazil Məmmədovun "topazda" udduğu milyonlardan, danışmayacam Azərbaycan Milli Bankında 168 milyonun "itməsindən", danışmayacam bizim müdafiəçimiz Səfər Əbiyevin öz həmkarilə olan münaqişəsindən.. Danışacam sizə Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında 03.03.2011 tarixli imzaladığı fermanda rüşvətxorluğa və antikorrupsiyaya tədbirinə görə yaranan 161 nömrəli qaynar xəttin müvəqqəti və passiv olmasından. Bir müddət fəaliyyət güstərən qaynar xəttə öz şikayətimi bildirmək mənə qismət olmadığı üçün özümü çox pis hiss eləyirəm.
Səhv eləmirəmsə universitetdə 3-cü imtahanım idi. Tanış bir müəllimin koordinator olduğunu biləndə dostumla sevindik,amma, bu sevinc mənə və başqalarına baha başa gəldi.İmtahan vaxtı köçürtmə hallarına yol verməyimi danmıram.Amma, buna görə bizə heç bir xəbərdarlıq olunmamışdı.Daha sonra isə imtahanın belə rahat keçməsi, sevimli koordinator terefinden nece deyərlər, sözün əsl mənasında, burnumuzdan manat-manat gətirdi.İmahan bitdikdən sonra koordinator işlərimizin fırıq olmasınnan bəhs etdi və bunun bir çarəsi olduğunu bizə izah etməyə çalışdı. Bildirdi ki, adama 10 AZN-lik sim kartla kifayətlənəcək.lakin,biz buna etiraz etdik və bu uğur qazandıq. Qiyməti uzun sürən bazardan sonra 100% endirə bildik. 4 nefer adama 5 AZN-lik sim kart aldıq və bunu mən yox digər qrup yoldaşım verdi müəllimə və heç bir çəkiliş aparmadı.Bununla belə özümə söz verdim ki, evə gələn kimi, ilk işim distansion telefon vasitəsilə qaynar xətlə əlaqə saxlamaq olacaq və bir kişi kimi sözümün üstündə dayandım. Zəng edəndə nədənsə narahat idim.Sıxılırdım. Həyəcanlı idim. Nebzimin100 den artıq vurduğuna əmin idim. Vaxt getdikcə mənim həyəcanım tədricən əsəblə əvəz olundu. Bunun səbəbi isə iş müddəti olduğu təqdirdə telefonun heçbir xanım tərəfindən götürülməməsi idi.

понедельник, 21 ноября 2011 г.

Mənim Müharibəm


                                                              Mənim Müharibəm...
Yaşadığımız dövrdə hər gün hər an nəsə yeni bir informasiya qəbul elemək absurd deyildir. Bunun üçün bizə müxtəlif bədii və elmi kitablar, qəzet, jurnallar və kütləvi informasiya vasitələri kifayətdi. Bu cəmiyyətin ali nümayəndələri isə informasiya vasitələrini seçməklə əlaqədar dilemma ilə üz-üzə gəlir. Milli-ənənəvi dəyərlərə sadiq qalaraq Azərbaycanın qədim məsəlini vurğulamaq istəyirəm: hər gözəlin bir eybi olar məsəlini ona gətirirəm ki, turk millətinə mənsub olan nümayəndələrin cəsarətli ürəyə sahib olduğu halda,tənbəlliyi gözdən qaçılmazdır. Ona görə də kütlə özünə daha fundamental olan vasitəni- televiziyanı seçir. Nece deyerlər “hər şeyin bir emması olduğu kimi“ bu mövzuda da mən təəssuflənərək bunu qeyd etmək istəyirəm.. gənclərin mədəni inteqrasiyası, həyata baxış bucağı, sosiofəlsəfi düşüncələri isə buna adekvatdır. Mövzuya sadə bir numunə ilə dəvam etməyi düşünərək, Azərbaycanın televiziya kanallarında həftənin 8 günü gedən toy və toyxanaların reklamı olan verlişləri nəzərinizə çatdırıram.
Məsələyə bu kontekstdən yanaşsaq, doğrudan da 11 fevral 2011-ci il statistik məlumatına görə 9 milyonluq Azərbaycan əhalisinin 2.9 milyonu başqa sözlə 31.4%-ini təşkil edən gənclərin hansı dərəcədə gülməli səviyyədə olduğunun şahidi olmuş olarıq. Hə yeri gəlmişkən onuda vurğulamaq lazımdır ki, ölkənin əsas mənəvi energetika bazasını məhz təəssufki gənclər tutur..
1889-cu il aprelin 20-si Almaniyanın Münxen şəhərində meydana gələn, Adolf Hitler, Landsberg şəhərində həbsdə olduğu müddətdə(1 aprel 1924-20 dekabr 1924) 1924-cü il oktyabrın 16-sında öz doğma necisinin su ile qarışığınnan alınan məhlul və kibrit dənəsi ilə yazdığı 2 cildlik “Mayn Kampf” yəni Mənim Mübarizəm əsərinə oxşasa da, müəllif hüquqlarını qorumuş bir vətəndaş kimi copyrighta fikir verərək Mənim Mübarizəm yox  məhz Mənim Müharibəm adlandırmağım ümid eləyirəm ki, heç kəsin qırmızı qanını qara qana çevirmməz.
Nəysə gəlin qayıdaq mövzuya.
Məsələyə bir dənə də argumenti əlavə eləməyi özümə borc bilirəm.. Gəldim evə.. Yorğun idim.. Çay süzdüm ozümə.. Televizoru xəbərlərdən nəsə yeni bir şey öyrənmək məqsədilə açsamda bu hərəkətimə çox peçman oldum və bu mənə indi oxuduöunuz məqaləni yazmağa vadar etdi.
1-ci kanal.. Normal insana 46 xromosom məxsus olduğu halda, 54 xromosomlu poliploidliyə uğramış, hansı populyasiyay aid olduğu elmə məlum olmayan, bir mutant toy verlişini apardığını görüb tez çevirdim 2-ci kanala.(54 xromosom qoyuna məxsus olduğunu xüsusilə vurğulamaq istərdim.) Burda da Azərbaycanın sevimli oğlu,bilikli, ağıllı, dərin dünya görüşünə malik olan, milli qəhramanımız, sazı kökləməyi bacaran, ürəkyanı kisəsini musiqimin beşiyi adlandıran və spesifikasiyalarını say,say bitirmədiyim zaur bəy də hansısa ilk görüşdə bir-birini Romeo və Julitta kimi dəlicəsinə sevmiş cutlüyə (hansı ki, həmin cütlük evolyusiyanın və ya sivilizasiyanın son stadiyasına ayaq basmalı idilər ) toy eləyirdi. Bunnan da beyin qırışlarıma heç bir informasiyanın gəlmediyini hiss edib çevirdim 3-cü kanala.. O momentde sevindim. Sevindim ona görə ki, bilirdim ki, Azərbaycan telekanallarında izdivac proqramlarının sayı 2-dir. Amma, nə fayda..Dediyim kimi 3-cü kanalda isə evlənməkdən yox, evlənmək üçün xarüqüladə olan yerlərin reklam çarxlarını seyr etməkdən başqa heç nə qalmadı mənə. Utanc hissi ile qeyd etmək istəyirəm ki, Azərbaycanda 8 telekanal fəaliyyət göstərir. “Niyə bəs qalan 5 kanaldan danışmırsan?”- sualını vermək sizin (natural right) təbii hüququnuzdur. Amma, digər dırnaqarası kanallardan birinin Azərbaycanın ümummili liderini və ya ulu öndərini və onun çox hörmətli oğlu Ali Baş Komandanı tərifləməkdən başqa heç bir siyasət yürütmədikləri halda, bunu da bir növ kanallar siyahısından sildik. Bir kanalın idmana məxsus olduğunu hamımız bilirik. Lakin, nəzərə alsaq ki, bizim “əbədi liderimiz” 2003-cü ilə qədər hakimiyyətdə olduğu müddətdə “idmanən sahibi” elə bizim Ali Baş Komandanımız olmuşdur. Sonra.. Hal-hazırda torpaq şöbəsində fəaliyyət göstərən, başqa sözlə desək,dünyasını dəyişən babamın [space] kimi tələffüz elədiyi telekanalın öz  orientasiyası və mediada tutduğu mövqe hələ də onun öz əməkdaşlarına belə məlum deyildir.
. Beləliklə yaşamağa çalışdığımız cəmiyyətdə KİV-lərdən biri sayılan televiziya tərəfindən informasiyanın qebul olunması, belə düşünürəm ki, qeyri-mümkündür.


                                                 baxma tv-e!!!!

Şeirlərim

Şeirlərim.

v  Saat

Saat iyirmi iki əlli oldu.
O yenə də gəlmədi.
Mən onu gözləsəm də,
Xəyalı göylərdədi
Yenə O qəmgin axşam,
Yenə O qəmgin dünyam,
Qalmışam təkcə,
Heş bilmirəm nağayrım.    
Nərminə 28.03.2010    22:50


v  Heç buna ad qoymadım

Mənimlə deyilsən, amma, mənimsən,
Yanımda deyilsən sən qəlbimdəsən.
Hər saat  hər dəqiqə hər saniyə hər millisaniyə
Ağlımdasan, arzumdasan, lakin, çox uzaqdasan
Səni gözləyəcəm, ey dilbər insan,
Fikirləşmə unudacam, başqasını sevəcəm,
Səni bilmirəm niyə? Amma eşşəy kimi sevirəm!
Nərmin’ə 11.07.2011   05:45


v  Sevgilim

Səni daxilimdə kəşf etdim, sevgilim.
Ilk dəfə partydə gördüm səni sevgilim.
Indi sənə zəng eləyirəm səndən çıxmır səs-səmir
Axı sən mənsiz, mən sənsizəm sevgilim.
Nigar 2-ə 01.11.2011   01:08


v  Şeir yazıram, sənə yazıram

Bax. Şeir yazıram sənə yazıram.
Həyatımda ilk dəfə bu halnan rastlaşıram.
Ürəyim bir quş tək param parça olsada,
Qanımın son damlasını sənə verməyə hazıram.
Nigar 2-ə 02.11.2011   03:13

v  Istəyirəm

Fuu iyrənirəm şirindən,
Çox şirindən.
Mən çox şey istəyirəm.
Əsasda səni istəyirəm.
Mən indi snikersdə istəyirəm,
Çayda istəyirəm.
Istəyirəm evim olsun
Özümdə evdə tək olum.
Atlas’a 11.10.2011  02:42

v  Bənzər
Meymuna bənzər insan,
İnsar bənzər heç nəyə.
Adam bənzər həyata
Həyat bənzər bəs nəyə?
Könülə 08.10.2011  21:52


v  Heyvan

Salam desəm nə deyərsən, gözəllər gözəli ceyran?
Nə deyirsən denən özün bilərsən
Mən dediyimi deyim əleyküm salam.
Fərqanəyə 07.03.2008




Aforizmlərim

Aforizmlərim.

1.      Komfortun üçün ölümü belə gözə almalısan.
2.      Gördüyünə baxma görə bilmədiyinə bax.
3.      Keçmişini düşünməklə vaxtını boş yerə xərcləmə, ağlın olsun gələcəyini düşün.
4.      Ağdam, Şuşa deməklə Qarabağ bizim olmur.
5.      Ən böyük arzu azadlıqdır.
6.      Əsas nəticədir.
7.      İnsan çiy süd əmib.
8.      Risk insanı qəhrəmanlığa aparır.
9.      Eyni quruluşa malik olan insanları fərqləndirən düşüncədir.
10.  Yatıb vaxt keçirtməkdənsə yatmayıb facebooka girmək daha yaxşıdır.
11.  Yuxunu acizlər görür, mən yuxu görmürəm.
12.  Vətəni görsəydim xalqın ona sağ olmasını çatdırardım.
13.  Yuxu görmək məqsədilə yatanları qınayıram.
14.  Dəli ya da dahi fərqi nədir ki? Hər ikisi cəmiyyətdən fərqli düşünür.
15.  Hər şeyin bir neçə yolu var.
16.  Düşünməki güzgüdəki sənsən, hər şey bu qədər sadə ola bilməz.
17.  Nə qədər ki, heç nəyi vecinə almırsan bir o qədər xoşbəxt olursan.
18.   Nəyəsə nail olmaq bacarığı hamıya verilmir, mən isə hamı deyiləm.
19.  Sən,sənə lazım olana lazım deyilsən, sənə lazım olmayana lazımsan.
20.  İnsanlar Adamlara röyalarındakı  reallıq kimi baxırlar.
21.  Dar düşüncənini olması bütün görünən tərəfin üstündən xətt çəkir.
22.  Kimi bədənin doldurur, kimi cibini, kimi beynini.
23.  Dövran necədə tam dəyişir. Söz tapmıram deməyə!
24.  Mənim zarafatıma heç kim gülmür, demək zarafatım gülməli deyil.
25.  Nəyinsə istifadə qaydası olduğu təqdirdə onu bilməyib istifadə etmək cəhalətdir cəhalət.
26.  Demokratik dövlət odur ki, azadlıq vətəndaşlara hakimiyyət tərəfindən müəyyən çərçivədə tanınmasın, buna vətəndaşlar özləri qərar versin.


When Mrs.Felisia takes my photo


When Mrs.Felisia takes my photo.
Deməli.. Deyəsən artıq arzularımın reallaşması zamanı 19-cu ilimdə gəlib çıxdı. Məşhurlaşma zamanı. 2 dostum və adının çəkdiyim fin gözəli ilə fotosesiya etməyə qərar verdik. İndi Felisia şəklimi çəkir.Məndə (guaa) məqalə yazıram. Belə pis şey döyül. Necə deyəllər pivəynən gedər. Pay məni qınayan... Əəə bu Salehi sevireyəə.. Amma eybi yox onu sevsədə mənə qarşı simpatisayısı var bunu hiss eləyirəm. Sən öl zarafat deyile Finlandiyadan cəhənnəmə Xelsinkidən gələsən azəri birinə vurulasan. Bunnan sonra Saleh bəxt tərəfindən gileylənsə onun bunu fikirləşən nahiyyəsinə mən şəxsən işəyəcəm.