воскресенье, 13 ноября 2011 г.

Məktub


Məktub.
İqtisadiyyat müəllimindən soruşdum ki, məktubu necə yazıllar? “Mən nə bilim necə yazıllar yəgin belə başlayırsan da salam məktub”- dedi. Məndə indi məktub yazıram... Demək belə də başlamalıyam. Salam məktub. Məktub, səni bir qıza verəcəm, incimirsən? Bu gün mən  növbəti dəfə “sevdim”.. Bir qızı “sevdim”(həmişəki kimi).. O dərəcədə ki, hətta insan olduğuba şübhə belə eləyirəm. O sanki bir mələkdir. Onunla biz eyniyik. Bizi fərqləndirən heç bir xüsusiyyət yoxdur hətta heç bir əlamətdə yoxdur yalnız cinsiyyət orqanlarımızdı fərqli. Mən onu o da məni yaxşı başa düşürük. O çox fərqli və qəribə qızdı. Yox! Dediyimi inkar eləyirəm! O qız deyil, qızıldı! İndi o yatıb bilirəm. Üzü üstdə. Balışı başıının altında yox başının üstündədi. Hə. Bilirəm. Hamı kimi bir balışı yox iki balışı var. Dedim axı O çox fərqli və qəribə qızdı. Mən . O çox fərqli və qəribə qızdı.  Mən “sevdim” onu. Gözləri çox qəşəngdi. Dəhşətli dərəcədə parıldayırdı. Onu günəşli havada görmüşəm. Bu gün günəş mənə görə çıxmışdı. Mən xahiş elədim ki, günəşdən “günəş,qısa müddətliyə bidənə çıxda xahiş eliyrəm” o da çıxdı sağ olsun. Saçı uzun idi, kəsib. Fərqi yoxdur. Ona uzunda yaraşır qısada.  Gözlərindən çox xoşum gəldi. Dodaqları da çox qəşəngdi. Günəş çıxanda saçına qoyduğu xına hesabına saçları dənizə düşən gün kimi bərq vururdu. Saçı birdən birə parıldadı qara rəngdən qırmızı rəngə keçdi. Çox qəşəng vəziyyət idi, amma, təəccüblənmədim bunu ilk dəfə görmürdüm əvvəl qonşumuz Səbirə nənədə görmüşdüm. O moment çox cazibədar oldu O. Həm saçı, həm dodaqları, həm gözləri məni ovsunlamışdı. Mən onun, O isə mənim gözlərimə baxırdıq. Az qalmışdı sevinc və həyəcanınan özümnən gedim. Məni dəhşət cəzb edir O. Onunla bir adada qalmaqdan danışdım və razı oldu!!! Bu mənimçün böyük şeydi! Məni bundan artıq sevindirək qeyri-mümkündür. Corc Oruelin 1984 romanındakı Uinston Smit ilə Culiya necəki otlaqda uzanıb bir-birlərinə baxaraq yatıblarsa, onunla bu vəziyyəti  yaşamaqdan başqa xoşbəxtlik olmaz mənimçün. Hələ mən onun qəşəng və cazibadar ayaqlarınnan danışmıram.. Danışmayacamda. Söz tapa bilmirəm. Həddən artıq gözəl və qəşəngdi.
İndi o da yataqdadı məndə.  Amma, uzaqdadıBu bizi birləşdirən dəyərlərdən biridi. Indi nəfəs alır. Bax indi aldı..verdi..aldı..verdi..aldı..verdi.. Məndə bu tempnən nəfəs alıram özümü ona oxşadıram bir növ.. idealımdı O mənim..
Təsəvvürə yetməyən dərəcədə çox qəşəng gülməyi var. Biz bir-birimizə baxırdıq. Baxdıq. Baxdıq.baxdıq. O dözmədi dodaqlarını xəfif  tərpətdi, yastılaşdırdı, və nisbətən sağ tərəfə meyl göstərdi, heç bir dişi görsənmirdi, hətta üst kəsici dişləridə, sonra gözləri daha da daraldı, uzun oldu,yapon gözəllərinə oxşayırdı çox gözəl vəziyyət idi. Içimdə sanki ikincili enerji oyanmışdı. Çox həyəcanli idim.  Bu baxışmamız 5-6 dəqiqə davam etsədə ona gözlərimlə çox şeyi deyə bildim. 5-6 dəqiqəyə sərf olunan zaman müddətində mümkün olanna dəfələrlə çox. Ona onu necə sevdiyimi dedim,amma, onnanda bunu hiss elədim.
02.11.2011   00:37


Комментариев нет:

Отправить комментарий