понедельник, 21 ноября 2011 г.

Mənim Müharibəm


                                                              Mənim Müharibəm...
Yaşadığımız dövrdə hər gün hər an nəsə yeni bir informasiya qəbul elemək absurd deyildir. Bunun üçün bizə müxtəlif bədii və elmi kitablar, qəzet, jurnallar və kütləvi informasiya vasitələri kifayətdi. Bu cəmiyyətin ali nümayəndələri isə informasiya vasitələrini seçməklə əlaqədar dilemma ilə üz-üzə gəlir. Milli-ənənəvi dəyərlərə sadiq qalaraq Azərbaycanın qədim məsəlini vurğulamaq istəyirəm: hər gözəlin bir eybi olar məsəlini ona gətirirəm ki, turk millətinə mənsub olan nümayəndələrin cəsarətli ürəyə sahib olduğu halda,tənbəlliyi gözdən qaçılmazdır. Ona görə də kütlə özünə daha fundamental olan vasitəni- televiziyanı seçir. Nece deyerlər “hər şeyin bir emması olduğu kimi“ bu mövzuda da mən təəssuflənərək bunu qeyd etmək istəyirəm.. gənclərin mədəni inteqrasiyası, həyata baxış bucağı, sosiofəlsəfi düşüncələri isə buna adekvatdır. Mövzuya sadə bir numunə ilə dəvam etməyi düşünərək, Azərbaycanın televiziya kanallarında həftənin 8 günü gedən toy və toyxanaların reklamı olan verlişləri nəzərinizə çatdırıram.
Məsələyə bu kontekstdən yanaşsaq, doğrudan da 11 fevral 2011-ci il statistik məlumatına görə 9 milyonluq Azərbaycan əhalisinin 2.9 milyonu başqa sözlə 31.4%-ini təşkil edən gənclərin hansı dərəcədə gülməli səviyyədə olduğunun şahidi olmuş olarıq. Hə yeri gəlmişkən onuda vurğulamaq lazımdır ki, ölkənin əsas mənəvi energetika bazasını məhz təəssufki gənclər tutur..
1889-cu il aprelin 20-si Almaniyanın Münxen şəhərində meydana gələn, Adolf Hitler, Landsberg şəhərində həbsdə olduğu müddətdə(1 aprel 1924-20 dekabr 1924) 1924-cü il oktyabrın 16-sında öz doğma necisinin su ile qarışığınnan alınan məhlul və kibrit dənəsi ilə yazdığı 2 cildlik “Mayn Kampf” yəni Mənim Mübarizəm əsərinə oxşasa da, müəllif hüquqlarını qorumuş bir vətəndaş kimi copyrighta fikir verərək Mənim Mübarizəm yox  məhz Mənim Müharibəm adlandırmağım ümid eləyirəm ki, heç kəsin qırmızı qanını qara qana çevirmməz.
Nəysə gəlin qayıdaq mövzuya.
Məsələyə bir dənə də argumenti əlavə eləməyi özümə borc bilirəm.. Gəldim evə.. Yorğun idim.. Çay süzdüm ozümə.. Televizoru xəbərlərdən nəsə yeni bir şey öyrənmək məqsədilə açsamda bu hərəkətimə çox peçman oldum və bu mənə indi oxuduöunuz məqaləni yazmağa vadar etdi.
1-ci kanal.. Normal insana 46 xromosom məxsus olduğu halda, 54 xromosomlu poliploidliyə uğramış, hansı populyasiyay aid olduğu elmə məlum olmayan, bir mutant toy verlişini apardığını görüb tez çevirdim 2-ci kanala.(54 xromosom qoyuna məxsus olduğunu xüsusilə vurğulamaq istərdim.) Burda da Azərbaycanın sevimli oğlu,bilikli, ağıllı, dərin dünya görüşünə malik olan, milli qəhramanımız, sazı kökləməyi bacaran, ürəkyanı kisəsini musiqimin beşiyi adlandıran və spesifikasiyalarını say,say bitirmədiyim zaur bəy də hansısa ilk görüşdə bir-birini Romeo və Julitta kimi dəlicəsinə sevmiş cutlüyə (hansı ki, həmin cütlük evolyusiyanın və ya sivilizasiyanın son stadiyasına ayaq basmalı idilər ) toy eləyirdi. Bunnan da beyin qırışlarıma heç bir informasiyanın gəlmediyini hiss edib çevirdim 3-cü kanala.. O momentde sevindim. Sevindim ona görə ki, bilirdim ki, Azərbaycan telekanallarında izdivac proqramlarının sayı 2-dir. Amma, nə fayda..Dediyim kimi 3-cü kanalda isə evlənməkdən yox, evlənmək üçün xarüqüladə olan yerlərin reklam çarxlarını seyr etməkdən başqa heç nə qalmadı mənə. Utanc hissi ile qeyd etmək istəyirəm ki, Azərbaycanda 8 telekanal fəaliyyət göstərir. “Niyə bəs qalan 5 kanaldan danışmırsan?”- sualını vermək sizin (natural right) təbii hüququnuzdur. Amma, digər dırnaqarası kanallardan birinin Azərbaycanın ümummili liderini və ya ulu öndərini və onun çox hörmətli oğlu Ali Baş Komandanı tərifləməkdən başqa heç bir siyasət yürütmədikləri halda, bunu da bir növ kanallar siyahısından sildik. Bir kanalın idmana məxsus olduğunu hamımız bilirik. Lakin, nəzərə alsaq ki, bizim “əbədi liderimiz” 2003-cü ilə qədər hakimiyyətdə olduğu müddətdə “idmanən sahibi” elə bizim Ali Baş Komandanımız olmuşdur. Sonra.. Hal-hazırda torpaq şöbəsində fəaliyyət göstərən, başqa sözlə desək,dünyasını dəyişən babamın [space] kimi tələffüz elədiyi telekanalın öz  orientasiyası və mediada tutduğu mövqe hələ də onun öz əməkdaşlarına belə məlum deyildir.
. Beləliklə yaşamağa çalışdığımız cəmiyyətdə KİV-lərdən biri sayılan televiziya tərəfindən informasiyanın qebul olunması, belə düşünürəm ki, qeyri-mümkündür.


                                                 baxma tv-e!!!!

Комментариев нет:

Отправить комментарий