понедельник, 21 ноября 2011 г.

Füzuli haqlı imiş


Füzuli haqlı imiş.
Dahi qəzəlxanımız demişkən: Salam verdim almadılar, çünkü rüşvət deyildi...
2008-ci ildə Azərbaycan dili dərsinə elm öyrənmək niyəətilə yox universitetə daxil olmaq xatirinə dərsdən əlavə repetitor yanına gedirdim. Yay idi. Müəllimə yeni mövzunun bizim zəngin dilimizin etiketləri olduğunu nəzərimizə çatdırdı. Azərbaycan dili həqiqətən də zəngin dillərdən biridir. Və bu zənginlik dilimizə həddən ziyadə ifrat dərəcədə boş olan sözlər hesabına belə olub. Bura eləcədə nitq etketləri aiddir. Dərs asan olduğundan yaxşı bilirdim və tərifi olduğu kimi yadımdadı. “Hər hansısa bir informasiyanın dəqiqləşməsi,soruşulmaq və fikrin çatdırılması üçün istifadə olunan sözlərin birləşməsinə cümlə deyilir”. Bunu yazmaqla onu demək istəyirəm ki, yəni bu nəsə əhəmiyyət kəsb edir,amma, etiketlər isə.....
Görüşmə etiketlərindən biri olan “salam”. Har hansı bir tanışını yoldaşını dostunu görəndə salam verməsən öldü sənin ölmüş eşşəyin. Bu həm cəmiyyət həm də həmin yoldaş tərəfindən düzgün qəbul edilməyəcək və təbiidir ki, pis qələmə veriləcək, zira bu “mədəniyyətsizlikdir”. Bəziləri isə bunu allahın 99 adı içərisində olduğunu deyir.
Axı nəyə lazımdır “necəsən?” sualını vermək? Onsuzda qarşı tərəfdən 69 %  “yaxşı ” cavabını alırsan.
Asqıranda bəs niyə “sağlam ol” deyirsən? Əgər bir məxkuq asqırıbsa deməli o onsuzda sağlam deyil. Və sənin səmimi sağlam olundan sonrada onun sağalması sadəcə bir arzudur və heç bir əhəmiyyət kəsb etmir.
Çiməndən sonra deyilən “həmişə təmizlikdə”ni heç anlaya bilmirəm. Yəni insan oğlu o qədər alçaq səviyyədədir, bilmir ki, insan heç vaxt həmişə təmiz ola bilməz? Və ən əsası isə bu təzəcə paklanmış insan məhz özü bilir ki, həmişə təmiz olmaq sadəcə qeyri-mümkündür. Dünyada ən təmizkar heyvanlar sırasına qurbağalar daxildir bir növ demək olar ki, onlar “həmişə təmizlikdə”olurlar.
Bu etiketlərdən bacardığım qədər az istifadə edirəm, lakin, istəmədiyim məcbur olduğum anlar da olur.. Yeganə sözlərdir ki, istəmədiyim halda istifadə edirəm..Uşaq vaxtı çox xoşuma gəlirdi etiketlərdən kifayət qədər çox istifadə etmək və edirdimdə. Buna görə hamı məni mədəniyyətli hesab edirdi. Indi isə az istifadə eləyirəm. J

Комментариев нет:

Отправить комментарий