четверг, 24 ноября 2011 г.

Telefon ya söndürülüb ya da prezidentə zəng çatmır.


Telefon ya söndürülüb ya da prezidentə zəng çatmır.
Həə.. Belə-belə işlər.. Bilirəm ki, mövzunun adı maraqlı olduğundan, məqalə də maraqlı gəlir.. Yəni mən belə düşünürəm. Biraz səni- əziz oxucu intizarda saxlamaq istəyirəm..
Bu dəfə danışmayacam Ziya bəyin oğlu-Anar Məmmədovun qəhrəmənlığından,ayı ətindən olan bifşteksi yeməyindən, Türkiyədəki milyonlarla ölçülən 44 sotluq torpaq ərazisindən, danışmayacam qardaşı Nəriman Məmmədovun Dağıstandakı turizm işlərinnən, 5 dənə yeni otelindən, danışmayacam bu olliaqarxın, idmançı Azad bəy Rəhimovun, vergi yığan Fazil Məmmədovun "topazda" udduğu milyonlardan, danışmayacam Azərbaycan Milli Bankında 168 milyonun "itməsindən", danışmayacam bizim müdafiəçimiz Səfər Əbiyevin öz həmkarilə olan münaqişəsindən.. Danışacam sizə Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında 03.03.2011 tarixli imzaladığı fermanda rüşvətxorluğa və antikorrupsiyaya tədbirinə görə yaranan 161 nömrəli qaynar xəttin müvəqqəti və passiv olmasından. Bir müddət fəaliyyət güstərən qaynar xəttə öz şikayətimi bildirmək mənə qismət olmadığı üçün özümü çox pis hiss eləyirəm.
Səhv eləmirəmsə universitetdə 3-cü imtahanım idi. Tanış bir müəllimin koordinator olduğunu biləndə dostumla sevindik,amma, bu sevinc mənə və başqalarına baha başa gəldi.İmtahan vaxtı köçürtmə hallarına yol verməyimi danmıram.Amma, buna görə bizə heç bir xəbərdarlıq olunmamışdı.Daha sonra isə imtahanın belə rahat keçməsi, sevimli koordinator terefinden nece deyərlər, sözün əsl mənasında, burnumuzdan manat-manat gətirdi.İmahan bitdikdən sonra koordinator işlərimizin fırıq olmasınnan bəhs etdi və bunun bir çarəsi olduğunu bizə izah etməyə çalışdı. Bildirdi ki, adama 10 AZN-lik sim kartla kifayətlənəcək.lakin,biz buna etiraz etdik və bu uğur qazandıq. Qiyməti uzun sürən bazardan sonra 100% endirə bildik. 4 nefer adama 5 AZN-lik sim kart aldıq və bunu mən yox digər qrup yoldaşım verdi müəllimə və heç bir çəkiliş aparmadı.Bununla belə özümə söz verdim ki, evə gələn kimi, ilk işim distansion telefon vasitəsilə qaynar xətlə əlaqə saxlamaq olacaq və bir kişi kimi sözümün üstündə dayandım. Zəng edəndə nədənsə narahat idim.Sıxılırdım. Həyəcanlı idim. Nebzimin100 den artıq vurduğuna əmin idim. Vaxt getdikcə mənim həyəcanım tədricən əsəblə əvəz olundu. Bunun səbəbi isə iş müddəti olduğu təqdirdə telefonun heçbir xanım tərəfindən götürülməməsi idi.

Комментариев нет:

Отправить комментарий