суббота, 26 ноября 2011 г.

Maşın


 Maşın.
Mən doğurdanda axmaqam. Bunu kiməsə sübut eləməyə ehtiyacım belə yoxdu. Normal vəya fərq etməz anormal adamlar bunu məninlə danışan kimi başa düşürlər. Maşınım həqiqətən xarabdı. Heç bir problemi yoxdu, mənə də narahat eləmir, amma, xarabdı. Düz yolda olmadığımı hiss eləmişəm bilirsiz necə? Çünki daş yolda gedirəm və bu mənə əzab verir. Daş yoldan asfalt yola artıq neçə aydır ki, çıxa bilmirəm. Bu mövzuda da həmişə olduğu kimi günah məndə yox “mən”dədir. Asfalt yola məni aparsalar da o qoşulduğum maşına inam hissinin zeif olmasından imtina eləmişəm. Özdə elə imtina ki, məni daşıyan maşın belə bunu başa düşmür, elə bilir onunla gedirəm halbuki onunla deyiləm..
Həə. Həmişəki kimi daş oldayam. Doğma yolumda. Həyatda ən zəhləm gedən şeylər məhz doğmalardır. Bu doğma yoluma da nifrət eləyirəm. Məni asfalt yola aparan maşın böyük maşın olmalıdı məsələn Kamaz olmalıdı.  Yaşadığım ölkədə isə bir dənə Kamaz var. Həmin maşının sahibinə dəfələrlə müraciət etsəmdə məktubum, smsim, ürəyim cavabsız qaldı. Demək nəticəyə gəlmək qərarı gəlir. Üzr istəyirəm düşünüb analiz etmək sonrakı etap isə nəticə çıxartmaqdır. Çarə birdir, yekdir, təkdir.. O gəlməyəcək! Özüm bacarmalıyam deməli! 
BIR QIZ VAR SEVDİYİ BUNA ƏL VERMİR.MƏNDƏ BU YAZINI HƏMİN QIZA YAZMIŞAM ))

Комментариев нет:

Отправить комментарий