понедельник, 21 ноября 2011 г.

Məqsəd və vəzifə


Məqsəd və vəzifə.
Bildiyimiz kimi insan genotipinin 50%-i anadakı kimi, 50%-i isə atadakı kimi olur. Bunları da bilirik ki, canlılar mayalanma nəticəsində əmələ gəlir. Mayalanmada yumurta hüceyrə və spermatozoid iştirak edir. Yumurta heceyrənin sahibinə el arasında mama, spermatozidin sahibinə isə el arasında evin dirəyi deyillər. Bunların sinapsından isə bəşəriyyətin ali nümayəndələrindən biri olan biz- insanlar dünyay göz açırıq. Bəziləri məni kimi 3.5 kq,55 sm, səhər  08:40-da.
Heç vaxt fikirləşməzdim ki, bu mövzu çevrəsində nəvaxtsa nəsə yazaram. Amma, son zamanlar həyatımda baş verən proseslər və ailəmdə sosioloji müzakirə obyektinə çevrildiyimdən bu mövzuya müraciət etdim.
Əşşi nəyə lazımdıyee. Insan oğlu həqiqətən acizdi. Heç fikirləşmisənmi, niyə heyvanlar doğulan kimi özünü idarəetmə qabiliyyətinə malik olur? Çünki insan qədər aciz heç bir canlı yoxdu..ən azad canlılarda məhz heyvanlardı. Həqiqətən azaddırlar. Öz qidasını özü tapır, heçkəsə heçvaxt möhtac olmur. Kaş insan da belələrindən olardı. Bu qanun niyə belədi başa düşəmmirəm!

Комментариев нет:

Отправить комментарий