понедельник, 21 ноября 2011 г.

Ölmək varsa qismətdə


Ölmək varsa qismətdə...
Niyə yaşayırsan?? Məncə bu sual ətrafında kifayət qədər düşünməyə dəyər.. Axı səbəbi nədi bu mənasız həyatı yaşamağı? Bəşəriyyətin ardıcıllığı belədir: doğuldun,yaşadın və getdin..Doğurdan da məhz bu dünyaya göz açdığım üçün çox peşmanam.Kaş hər şey mənim əlimdə olaydı.. Elə bir şey yoxdur ki, onnan tam razı qalım.Mən belə düşünürəm ki, həyatın da öz nirvanası var. Bu onu yaşayanların həyat tərzinə qarşı getməkdən ibarətdir.Sanki bizdən qisas alır.. Hə düzdür.. Bu belədir..Bunu mən tapdım.. Həyat bir növ bizə çatdırır ki, əgər məni yaşayırsansa, mən deyən kimi yaşayacaqsan və səndə razı olursan. Son zamanlar, həyatımın müxtəlif sahələrində, tənqidlərlə və xoşagəlməz proseslərlə nədənsə tez-tez qarşılaşıram. Bu nədi axı belə?! Günahım nədi?! Bu sualların hamsına cavab vermək iqtidaında olan adam axtarıram!!! Mən bilimreəm nədi bu! Bilməkdə istəmirəm! Yox! Istəyirəm! Universitetdə, evdə, qohumlarla, valideyinlərimlə, onunla, maddi cəhətdən, mənəvi cəhətdən, hakimiyyətlə, iqtidarla, dostlarımla, yaradıcılığımla, tətilimlə, təhsilimlə, səhətimlə, ağlımla, düşüncələrimlə, ideyalarımla, dünyagörüşümlə bağlı problemlərim məni tək qoymur. Mən adam deyiləm dəsəm pis çıxır, deməsəm yalan olur..Necə deyərlər “DƏSƏM ÖLDÜRƏLLƏR,  DEMƏSƏM ÖLLƏM”

Комментариев нет:

Отправить комментарий