понедельник, 21 ноября 2011 г.

Standart etalon


Standart etalon.
19 vur 365 her 4ildə 1 gün + 91-1 gün ərzində mən qeyri-adi bir gün görmədimki görmədimki görmədimki görmədim. Bu nədiye belə? Elə bil həyatın postulatlarına hökm olmuşuq. Hanı azadlıq? hanı demokratika? Belə baxanda neynəməliyiye?
1. Oyandın
2.Yemək yedin
3.Universitetə getdin-vaxt keçirtdin
4.Evə gəldin
5.Facebookda surfing elədin
6.Yatdın
Budur həyat. Gün sadəcə bundan ibarətdir. Yenilik eləmək lazımdır, belə olmaz. Macəra axtarışına çıxmaq lazımdır. Səyahət  və ya yaxşı  ünsiyyətcil dost və ya fərqi yoxdur istənilən xasiyətli yeni sevgili və ya  “fkrgnzj” lazımdır.. heç məndə bilmirəm bu nədir belə? Amma bilirəm ki, nəsə lazımdır nə olduğunu uzun zamandır ki, bilmirəm..
Darıxıram. 6 milyard çevrəsində darıxmaq? Gülünc səslənir.. Bunu desən hamı təbii ki, absurd bir söz kimi qarşılayar, ancaq, həqiqətdi bu. Əşşi  bu gözəl millətimizin cəriməsidi bu. Bu bizim yeganə pozulmayan apoktosumuzdur.
Nisbətən fərqli gün keçirtmək üçün ilk ağla gələn iş şəhərə çıxmaqdır. Şəhərdə özünü tapmağa cəhd etsəndə müxtəlif insan növlərinə bu işdə sənə kömək etmir. Gəl kişisənsə bu vəziyyətdə prostrasiyaya düşmə. Nəbilim alə.. Kütləni başa düşmək olmur nə istəyir? Niyə istəyir? Kim istəyir? Kimdən istəyir? Çox suallar cavabsız qalıb. Bunlarda daxil olmaqla. Uzun sürən şəxsi təqdiqatlarından sonra belə qərara gəldim ki, kütləni birləşdirən ortaq cəhət yoxdur!

Комментариев нет:

Отправить комментарий