понедельник, 21 ноября 2011 г.

Kəndin həyatı


Kəndin həyatı.
86.6 kv km əraziyə məxsus olan Azərbaycanın çox hissəsi dağlıq az hissəsi isə ovalıqlardan təşkil olunmuşdur. əhali isə əlbətdə ki, özünə fundamental olan hissəni yaşayış məskəni kimi seçir. Qədim və ilk məskənlərdən biri olan Azix mağarası da  belə olduğuna yəgin ki, heç kəsin şübhəsi yoxdur. Vəə... Aristotel məntiqi özünü bir daha doğrultdu. Hələ bu azıxantroplar və digər məşvərətlər yəni ulu babalarımız yaşayış məskənlərini elə-belə seçmirdi.  O zaman şəraitin də indiki kimi fövqaladə və acınacaqlı olduğuna şübhəm yoxdur. Bular da öz gecəqondularının seçəndə  adətən vəhşi heyvanlardan uzaq, təbiət hadisələrindən qorunmaq üçün daha optimal olan yerlər, təbii su mənbəyinə yaxın olan,külək az olan, torpağı münbit, havası təmiz olan yerlərdə salırdılar. Füzuli rayonunda yerləşən Azıx mağarasıda məhz belə yerlərdən biri idi. Qayıdaq 2600 il sonraya-indiki dövrə...
O vaxtdan demək olar elə də kəskin dəyişiklik olmayıb . Azərbaycanda insanlar, hava, bitki örtüyü,  heyvanat aləmi dəyişməyib. Əslində dəyişib- torpaqlarımızın yarsı  gizli və hamıya məlum olan səbəbdən “alınıb”.. Nə isə sözüm bunda deyil.. Eeee..nə danışırdım yadımnan çıxdı.. Yenə soxdum ortaya başı bələlı Azərbaycanı  hər şeyi uunutdum tfuu. Hə hə yadıma düşdü.. Hə onu deyirəmdə.. İndi də kütlə harda gəldi məskunlaşır, müəyyən qayda-qanun çərçivəsində. Bu yazılmamış qanunlar əhaliyə, kütləyə aid olsada hakimiyyət, iqtidar bunu xoşagələlməz hal kimi qiymətləndirir. Insanların ağlında isə dəyişən sadəcə dövrlə əlaqədar olaraq istəkləri daha doğrusu istək deməzdim buna tələbatları dəyişib. Hətta bu dövrü əhatə edən insanların ideyaları da stabil olaraq qalıb. Buna səbəb əhaliyə olan despotik təzyiqlərdir. Adamı heç fikirləşməyə, düşünməyə də qoymullar. Nəysə insanların dövlətə olan tələbatlarınnan əsası kommunal xidmətlərin optimal olmasıdı. Şəhər və rayon statusuna malik olan regionlarda bununla bağlı elə də problem olmasada, kəndlərdə və qəsəbələrdə vəziyyət fərqlidir. Heç kəsi qane etmir dövlətin qayğısı. Bu (qo**n) millətə də nə desən xoşuna gəldi gəlmədi deyir “baş üstə”. Komfortunu, gələcəyini, yaşam tərzini, həyatını, səhhətini fikirləşən yoxdu.
Axı o dövr deyil yemək bişirmək, çay qaynatmaq üçün ocaq düzəldəsən. Bunu necə? Kimə? Izah edəsən axı.yəni o şəhərdəki atoynadanlar buna bircə gün dözə bilərlərmi? Sizə əminliklə deyə bilərəm ki, yox! Bacarmazlar, bacara bilməzlər! əllərindən gəlməz. Axı yoxdu dözüm, iradə, mənlik...
Ay məllim nəinki kommunal problemlə üzləşirsən burda tualetə gedəndə də əziyyət çəkirsən. Getməzdən əvvəl 10-15 dəqiqə hazırlıq mərhələsi keçməlisən. Unitazı çıxardanın allah atasına rəhmət eləsin.
Yatan yerdə burnuma nəsə qəribə bir spesifik qoxu dəydi. Gözümü açanda karton lövhənin üstündə siçan dərmanı ilə rastlaşacağımı bilsəydim heç açmazdım kor gözlərimi. Bu mənə baha başa gəldi və gecəni qorxudan və iyrəntidən yata bilməmişdim.
Həyatın 4 ünsüründən biri olan susuz keçinmək mümkün deyil. Çox insana qidalanmaq çox əzizdi nəinki su içmək. Kiçik bir statistik məlumatı nəzərinizə çatdırım ki, normal insan 1-2həftə ac yaşaya bildiyi təqdirdə 1-2 gün susuz yaşaya bilmir. Məni təbrik edin! Yenidən bir əmma çıxartdım ortaya və sizinlə bölüşürəm. Amma, bu kənd əhalisi yaşaya bilər zira onlar normal insan deyillər. Bunu heç kim pis qələmə verməsin. Məncə bu qızıl sözdür. Bəli normal deyillər normadan qat-qat üstündürlər. Çox dözümlüdürlər. Hətta belə deyərdim ki, qəhrəmandırlar. Hər vəziyyətə hər şəraitə qatlana bilirlər. Yəni susuz yaşamaq nə dərəcədə düzgündü? Hələ bunu anlamaq heç kimə qismət olmayıb.
Atəşfəşanlığa 100000lərlə maddi vəsait xərclənir. Kimə lazımdır? Atdın atdın bitirdin. Hə. Nə olsun? Nə dəyişdi? Xalqın sənə hörməti qalxdı? Hay sən öləsən! Gözdən düşürsən sadəcə! Elə dəyişən də budur!  Gic gic şeylərə pul verincə get kəndə  su çək də! Çox çətindi? Amma, onlar 15 oktyabrda sənə “səs vermişdilər”! birdə konsitutsiyada dəyişiklik olmuşduyee  “prezident iki dəfədən artıq seçilə də bilər” bax onda da “səs vermişdilər”. Sən niyə doğrultmursan özünü? Bilmirsənsə düş taxtdan  ee camatın boynundan bacaran gəlsin! Hə gəlsin! Minməsin!
Nəysə ümüdvaram ki, belə kənd qəhramanı olmaq nə mənə nə də nəslimin hər hansısa nümayəndəsinə qismət olmayacaq. Bunu heç kimə arzu eləmirəm heç düşmənlərimədə.
11.08.2011    01:56

Комментариев нет:

Отправить комментарий