суббота, 3 декабря 2011 г.

Sum da qayıtdı.



Sum da qayıtdı.
3-4 Dekabr tarixlərində  Azərbaycanın 100-dən çox fəal bloqçu və sosial media istifadəçiləri  Barkamp Azərbaycan və Sağlam Düşüncə Gənclər Təşkilatının təşkilatçılığı ilə  Qafqaz Universitetində "Sumqayıt Bloq Günü" tədbirində bir araya artıq gəldilər. Nəsə bu biraz press relizə oxşadı.
Deməzdim maraqsız keçdi. Yadda qalan bir çox hadisə baş verdi proqramda göstərilən 13 saat ərzində.
Deməli ilk olaraq konfransada bir neçə media və QHT işçiləri  iştirak elədi. “Sahil İT”-in sədri Vahid müəllim Qasımovun çıxışı ekstentrik təsir bağışladı bizə. Bununla paralel olaraq komedik bir görüntü qaçmadı bəzilərimizin gözündən. Vahid müəllimin istifadə etdiyi netbuk proyeksiya aparatının köməyi ilə konfrans iştirakçılarına görüntülənirdi. Gülüşə səbəb isə,  netbukun iş masasında olan “Kənan üçün kamasutra” word səhifəsi idi.
Konfransdan sonra kiçik fiesta quruldu.Daha sonra isə rəhbərimiz olan Sumqayıt gözəli Vəfa xanımın müşayiəti ilə gözəl olan şəhərlə qismən də olsa tanış olduq. Aktiv olan sahələr isə kitab evləri və kitabxanalar oldu. Əvvəl dilemma arasında qalsaq da ilk olaraq 1 yaşını yeni qeyd etmiş kitab mağazasına ekskursiya etdik. Xoş təsir bağışlamadı.Aura ürək açan deyildi. Yaddaş üçün bir neçə  şəkil çəkirdik ki, kitab mağazasında işlədiyi təqdirdə heç bir kitab oxumayan cavan  satıcılar, onlarında şəklini çəkməyimizi təkid etdilər. Üzlərində elə təbəssüm var idi ki, sanki, Qarabağı almışıq Ermənistanında behini vermişik.
Sonra orientiri götürdük  “Səməd Vurğun”  adına kitab evinə. Nisbətən melanxoliyadan ayılsaq da süniliklərlə bəzədilən kitab evi əks təsürat doğururdu. Kitab evi 2 mərtəbəli idi və hər mərtəbədə yüzlərlə Əliyevlər kitabları adamın ürəyini bulandırırdı. Kitabxanaçı ilə kiçik diskusiyam belə oldu.
-         Heydər Əliyevə aid neçə kitab var?
Qadın gülərək cavab  verdi.
-         Çooox..
-         Bəs İlham Əliyev haqda?
Həm cavab həm də mimika eyni idi.
-         Bəs bizim ümummilli lider, ulu öndər Məmməd Əmin Rəsulzadə haqda?
Mimikanın dəyişməsi ilə paralel olaraq cavab da dəyişdi.
-         Yoxdur.
Cavabın belə olacağını bilirdim. Digər alternativ variant yox idi onsuzda. 
Dözülməz bir xalqdır, həbs eləməlisiniz onları dərhal.
Həə. Gəldim günün ilk şokunu yaşadığım hadisəyə. Buna səbəb Xan Rəsuloğlu idi. Kişi bir söz ilə dahi idi. Oxuduğu kitablardan məlumat və bizə kifayət qədər qiymətli olan tövsiyələr verdi. Bəzi suallarıma da cavab verdi  və öyrəndim ki, ən sevdiyi söz “sevgi”, nifrət etdiyi söz isə “müharibə ” dir. Nə qədər gülməli olsa da IQ testinin nəticəsini soruşdum və o mənə özündəki operativliyin zəif olmasından bəhs elədi. Həqiqətən ilk dəfə idi ki, fəxr eləyirdim. Mənim də ölkəmdə belələrinin olması sevindirici haldır. Məncə nəinki Sumqayıt hətta bütün Azərbaycan əhli onunla fəxr eləməlidir.
Artıq aclıq hissi bütün istəklərin üstündən xətt çəkməyimizə işarə verdi. Biz də bunu dəyərləndirdik, istiqamətləndik Vəfa xanımın evinə. Anası çox dadlı fars aşı bişirmişdi. Günün ikinci şokunu isə burda yaşadım. Bu, ananın həyat monoloqu idi. Bir müddət hətta Vəfaya paxıllıq elədim ki, niyə mənim belə anam yoxdur.
Gəldik əsas məsələyə... Az qala təcavüzə uğrayırdıq. Yeməkdən sonra party'ə gələrkən şəhər sakinləri qızlara söz atdı. Nəysə o dedi, bu dedi o dedi, bu dedi... Söhbət qızışdı. Qızlar artıq müdaxilə eliyirdi ki, bağlayın söhbəti. Yaxşı ki, digər yoldaşımız “anlayışlı” davranıb üzr istədi yoxsa fövqalədə halın olması heç də qaçınılmaz deyildi. Bunu da bacarıq ilə yola verdik.
Gəldik partyə. Party qəribə özünəməxsus tərzdə başladı və eyni ilə də bitdi.
 Sağlam Düşüncə Gənclər Təşkilatının simvolik mahnısı və rəqsi hamının ağzını açıq qoymuşdu. Musiqi “dirık dirıkdi dirık dirıkdi dirık dirıkdi hav hav hav” deyə səslənirdi.Bu mənə yoqizm fəlsəfəçilərinin meditasiyasını xatırlatdı... Hamı öz müqəddəs nirvanasına çatmaq üçün özünün bütün orqanlarını əsdirirdi. Hətta vəziyyət elə gətirdi ki, onlar sanki ruh çağırırdılar sonda isə elə sevindilər ki, elə bil məqsədlərinə nail olmuşdular. Sonda party'ni ümümi dəyərləndirsək təşkilatı konsepsiya elədə maksimal səviyyədə deyildi.
Sumqayıtda çəkdiklərim maraqlı fotolar - Samsung GT C5212 i duos ...


  
Che Guevaranın ilk inşa etdiyi abidə.    





"İkoş," "Türkan," "sevgi" və "faşizm" sinapsı.

















Nəinki, Bakıda heç Türkiyədə 70 qəpiyə dönər tapmazsan.




















 Yeni sosial şəbəkə- www.qmail.com


















Euronewsda proqram var no comment...




















 Kitab bilik mənbəyidir- dəstəsi 20 qəpiyə




















 Gənclər şəhərində siqaret atmağa zibil qabı tapa bilmədiyimə görə ciblərim dolmuşdu.












Tələbələrə təbii ehtiyaclarını ödəmək qadağan edilir!








Yalnız və yalnız personal daxili giriş mövcuddur...









8 комментариев:

  1. Zəhmət olmasa background şəklini dəyiş, oxumag çətin olur.

    ОтветитьУдалить
  2. axaxaxaxaxax " Tələbələrə təbii ehtiyaclarını ödəmək qadağan edilir "
    yeri vaarr yeri varrr (c) ))))

    ОтветитьУдалить
  3. Maraqlı yaz idi, yaxşı-pis fərq etməz.əsas odur ki Sumqayıtda gənclər nəsə etmək istəyir.bu özü bir uğurdur..

    ОтветитьУдалить
  4. Nəfəs xanım dəstəyə görə minnətdaram (r) )))

    ОтветитьУдалить
  5. eşq olsun.. mən bu qeyri əlamətdar gündən sonra sizinlə tanış olmağıma bir daha şad oldum...siz ora gəlməsəydiniz məndə sizi tanımayacqdım. yaxçıkı gəldiniz

    ОтветитьУдалить