четверг, 15 декабря 2011 г.

faritE

faritE
Etiraf eliyim ki, bu mövzuda yazmaq ağlımın ucundan da keçmirdi. Nəsə gələn gedənlərin lövhələrində ancaq bu postnan üzləşməyim məni etiraf eləməyə məcbur elədi.
Kütlədən, cəmiyyətdən hətta ailəmdən gizlətdiyim çox xatirələrim var.  Etiraf eləyirəm ki, indiyə qədər 27 qızdan xoşum gəlib. Bunu yadda saxlamaq elə də çətin olmamışdı mənim üçün. Deməli əvvəl ev tapşırıqlarını elədiyim yazı taxtasının üstünə “sevdiyim” qızların baş hərfini və 10 ballıq sistemdə nə qədər sevdiyimi göstərmişdim. Daha sonra onu bir vərəqə daha doğrusu (ingilis dili kursunda mənə red murphydən keçirdilər) kitabın son vərəqinə qeyd eləmişəm.
Sıranı sizərlə bölüşə bilərəm və tam səmimi deyirəm bunu.
1.      Gülər 3. Sinif yoldaşım. Dalına vurulmuşdum- ərdədi.
2.      Lamiyə 2. Gülərin padruqası. (anasınnan xoşum gəlirdi)- nişanlıdı.
3.      Səadət 1. Dirənmişdiki səni sevirəm sinif yoldaşı- ərdədi.
4.      Kəmalə 4. Dostumun sevgilisi- ilk öpüşdüyüm sevgilim.
5.      Ceren 5. “Kanal D”-dən “sehirli annem” kinosunun aktrisası. P.S. gülən kişi deyil.
6.      Нигяр 8. Qohumdu mənə sırımaq istəyirlər.
7.      Мирана 6. Kimya hazırlıq-qəşəng gülürdü.
8.      Фаргана 6. Sinəsi və ayaqları çox qəşəng idi. Glamur idi. Ilk yatdığım sevgilim. Ilk və tək kunilinqus etdiyim sevgilim.
9.      Günay 4. Xatırlamıram. Sadəcə yatmışam.
10.  Aygün 4. Günayın bacısı. ən çox söyüş söyən sevgilim. Sadəcə yatmışam.
11.  Aydan 6. Direktorun qızı idi. 4-cü yatdığım sevgilim.Damarımı kəsdiyim ilk sevgilim.P.S. düşüylüyümü əhf edin dostlar canlar ciyərlər.
12.   Юля 7. Blandinka və göy göz idi. Buna görə sevirdim-blandinka olduğuna görə. Öpəndə sevdiyimi bilmişdim.
13.  Fidan 6. Dostumun sevgilisi olub. Az qala uşağımız olurdu. ən çox yatdığım sevgilim. Evə gətirdiyim ilk sevgilim.
14.  Nərgiz 10. No comment.
15.  Tahirə 2. Qrup yoldaşım.sevgilisi var.Radikal vaxtlarım idi. Qızın başı bağlı idi.P.S. dostlardan üzr istəyirəm belə hərəkətə yol verdiyim üçün.
16.  Adını bilmirəm 5. Saçımı kəsdirməyə gedəndə yolda görmüşdüm.
17.  Minayə 4. Universitetdə görmüşdüm. Saçı sarıya oxşatmışdım sonra gördüm sarı zad deyil- nişanlıdır.
18.  Adını bilmirəm 5. Universitetdən çıxanda görmüşdüm. Karamelka, mulatka, blandinka, göy göz, “Ray ban” eynəyi, çəhrayı pomada, i love NY köynəyi, 13 sm şpilkası məni cəzb eləmişdi. 10 dəq dalıyca düşdüm və itirdim.
19.  ............................................................................
20.  Nigar 2. 5. Partydə tanış olduq. Maraqlı idi. 4 dənə şeir birdənə məqalə yazdığım qız.
21.  Leyla (yadıma gəlmir kimdi).
22.  Şəbnəm 1. Facebookda flirt edirdik- bağlanmışdım.
23.  Vəfa 5. Sumqayıt blog günü.
Olan qalan hörmətimi itirməmək üçün digər 4-ü yazmıram və xahiş edirəm ki, təkid etməyəsiniz.

Mən etiraf eləyirəm ki, qaramat olduğumla fəxr eləmişəm.
Mən etiraf eləyirəm ki, beatboxdeməyi bacarıram.
Mən etiraf eləyirəm ki, saqqalım olmadığı üçün utanıram.
Mən etiraf eləyirəm ki, öz xoşumla üzeyirə qulaq asmışam. Elə bildim qulaq asannan sonra beynim partlayıb öləcəm. Bir növ homisid idi (intihar).
Mən etiraf eləyirəm ki, bir dəfə araq içmişəm.
Mən etiraf eləyirəm ki, İphone,İmac,Macbook,İpod və İpad-ım olmadığı üçün utanıram.
Mən etiraf eləyirəm ki, mənim 2 anam, 2 atam, 2 bacım, 2 qardaşım var.
Mən etiraf eləyirəm ki, dırnaqlarmı yeyirəm və hətta uşaq vaxtı ayaq dırnaqlarımı da yemişəm.
Mən etiraf eləyirəm ki, mənə arıq deyəndə xətrimə dəyir.
Mən etiraf eləyirəm ki, məhşur olmadığım üçün utanıram.
Mən etiraf eləyirəm ki, blogum məhşur olmadığı üçün utanıram.
Mən etiraf eləyirəm ki,  yazdığım kitabın sujet xətti olmadığı üçün narahatlıq hiss keçirdirəm.
Mən etiraf eləyirəm ki, əvvəl evdən 6 min manat oğurlamışam.
Mən etiraf eləyirəm ki, mənim 7 dənə məməşim var. Atavizm.
Mən etiraf eləyirəm ki, ailəmdən bezmişəm.
Mən etiraf eləyirəm ki, atalar sözlərini həyatda ən əhəmiyyətsiz və mənasız söz kimi qəbul eləyirəm.
Mən etiraf eləyirəm ki, “edirəm” sözündən zəhləm gedir.
Mən etiraf eləyirəm ki, ingilis dili müəlliməmə kəm göznən baxmışam.
Mən etiraf eləyirəm ki, “like” yığa bilmədiyim üçün özümü cəmiyyət standartlarına cavab verməyən bir avadanlıq kimi hiss eləyirəm.
Mən etiraf eləyirəm ki, dünyada ən çox qardaşımı istəyirəm.
Mən etiraf eləyirəm ki, nazirlərin adlarını dəftərdə yazmaqla öyrənmişəm.
Mən etiraf eləyirəm ki, Əli Əkbərin “Artuş və Zaur”unu 4 dəfə oxumuşam.
Mən etiraf eləyirəm ki, alma yeyəndə hamsını yeyirəm.
Mən etiraf eləyirəm ki, mən solaxayam.
Mən etiraf eləyirəm ki, 1 ay əvvəl həyətdə pişiyi sığalladağım vaxt məndə ereksiya baş verdi. (mən zoofil deyiləm)
Mən etiraf eləyirəm ki, ən çox 44 saat oyaq qalmışam.
Mən etiraf eləyirəm ki, fahişələrdən iyrənirəm.
Mən etiraf eləyirəm ki, masson olmaq istəyirəm. :)

Pası göndərirəm dostum Cavad Nəsirova. Mənə onun etirafları maraqlıdır.




1 комментарий: