понедельник, 16 апреля 2012 г.

Dalğa Gənclər Hərəkatı kimdən maliyyələşir?


Etibarlı olan mənbədən aldığımız məlumata görə Dalğa Gənclər Hərəkatı 30.02.1395-cı ildə qədim hunlular tərəfindən təsis edilmişdir. Və adı çəkilən təşkilat yaranmasından 600 ildən çox vaxt keçsədə öz qürur və şərəfini qoruyub saxlamağı bacarıb. Bu dövr ərzində Dalğa Gənclər Hərəkatı biz türklərə eləcə də biz türklərin qismində bütün bəşr xalqına 200-dən çox gənc aktivistlər bəxş etmişdir.
Mən adı çəkilən təşkilatın 69-cu media koordinatoru olaraq onu deyə bilərəm ki, təşkilatımız ölkəmizə- millətimizə, sərvətimizə, milli-mənəvi dəyərlərimizə, dolmamıza- aşımıza- bozbaşımıza, paxlavamıza, sazımıza- mizrağımıza, oxumuza- yayımıza sadiq çıxmaqla yanaşı həmdə bizi tam bir bozqurd kimi yetişdirir, sosilist-konservatist idealogiyaları bizə aşılayaraq ruhumuzu Che ilə qidalandırmağa əlindən gələni edir. Demək olar ki, belə dövrdə bizə konservatizmi aşılayan, tərənnüm edən yeganə cəmiyyətdir. 
Bu haqda çox şey danışmaq olar. Məsələn elə götürək təşkilatın yaranma vaxtını. Deməli çox gözəl bir tarixə təsadüf edir. Cümə günü, 30 fevral. əlbətdə hər bir statistik göstəricinin daxilində bir sirr yatır. Dalğa təzə-təzə yaranmağa başlayanda Leanardo adlı bir rəssam var imiş. O özünün hər bir əsərində minimum 15 kod gizlətməyi bacarırdı.  Eləcə də təşkilatın yaranma ili- 1396. Burda bir siirin gizləndiyi açıq-aydın bilinir. Leanardo bunu görəndə belə dedi: Gəlin bunu tərsinə oxuyaq və hər rəqəmi cüt-cüt ayıraq. Əldə olunmuş rəqəmlər “Kamal ultra” kitabının baş hərifləri olacaqdır. Həqiqətən onun effektini, cəmiyyətdə nə dərəcədə fundamental bir mövqedən çıxış etdiyini görmək olar. Nəticə etibarilə bizdə əldə olunan rəqəmlər 69 və 31-dir. Bu dğurdanda Leanardo sənətinin mövcudluğunu bizə sübut edən yeganə dəlildir.
Hal-hazırda kapitalizmdə olan çüəyyən iqtisadi çevrilişləri nəzərə alsaq da almasaqda maddi tələbat stabildir. Ona görə də nəyisə idarə etmək üçün ona maddi dəstək olmalıdı. Dalğaçılar müəyyən yerlərə müraciət etsə də  onalara yardım əlini uzadan olmamışdı. Bundan təsirlənən gənclər öz orintasiyalarını və əqidələri dəyişməklə azadlıq və xoşbəxtlik faktorunu özündə birləşdirən varlıq yaratmaq qərarına gəlirlər. Eləcə də indiki “Dalğaçılar”. Bunu etiraf etmək lazımdır ki, biz 1990-cə ildə Birləşmiş Ştatlarda Fəaliyyətə başlayan “LGBT”-dən(lesbian, gay, bisexual, transgender) maliyələşirik. Bunun müqabilində biz öz qanımızdan olan birini bura qurban veririk, artıq o canlının öz seçim azadlığı var. Hər il ərzində xeyriyyəyə toplanan gəlirləri  hesablamasaq büdcədə tam olaraq 48.799$ pul var.
P.S. Dalğa Gənclər Hərəkatının masonlar tərəfindən maliyəlşməsinə inanmayın bu dezinformasiyadır!

2 комментария: