пятница, 3 августа 2012 г.

10-cu mərtəbədəki fahişə sevgim


10-cu mərtəbədəki fahişə sevgim
Mən Nurlan Osmanlı 2 adım, 2 soyadım, 2 ailəm olmaqla yanaşı həm də statistikaka komitəsi yaxınlığında qalıram. 10 mərtəbəli binada. 6cı mərtəbədə mən 10-cu mərtəbədə o. Məni əbədi gözəllikdən yalnız 4 beton təbəqə başqa sözlə 9.2 m hündürlük ayırır. Iyun ayının axırları. Beyinim fikirlərlə kifayət qədər yüklənmiş vəziyyətdə. Məni narahat edən bu vəziyyətindən çıxmaq üçün həyətə düşüb siqaret çəkmək  ən optimal variant idi. Aşırı dərəcədə eqoist olduğumdan və bir məşhur dahinin aforizmini xatırlayraq- “komfortun üçün ölümü belə gözə almalısan” fikrinə hörmət edib, öz təklifimi dəyərləndirdim. Hansıki bunu eləməsəydim bu yazını yazmaq üçün əlimdə heç bir “ kozor” olmayacaqdı. Bloka düşəndə 10-cu mərtəbədə yaşayan fahişəni gördüm.
Mən onu gördüm. Bu görmək anlayışı bəlkə siz çoxunuz bilmirsiz nədir.  Baxmaq feli ilə görmək feli arasında gül və kül qədər fərq var. Yox! Yox! Hətta Amerika alleqatoru ilə Quba qayasında olan daş kəsəyi arasında olan fərqə bərabərdir. Mən fahişəni gözlərimlə hiss edirdim. Bütün potensial enerjisi və müsbət aurası damarlarıma keçmişdi.  Çox mükəmməl bir hiss idi o. Çox gözəl tama qeyri adi təbəssümü var idi. 3-cü dəfə görməyimə rəğmən səmimiliyi belə var. İnanmaq belə qeyri-mümkündür.
Nə isə.
Bilmədim nə edim. O, blokda dayanıb öz “klientini” gözləyir. Mən isə siqaret yandırıb guya telefonla danışmağa başladım. Bilə-bilə də rusca danışdım ki, reputasiya qalxsın. Rus olduğunu bilirdim. Simamsında slavyan gözəlliyi var idi. Blandinka və göy göz idi. Tam Qafqaz igidinin zövqünü oxşayırdı. Boyu uzun, qaməti düz, saçı açılmış və bədənində eləcə də paltarında heç bir qüsur olmayan qadın idi. Adı Alena idi. 22 yaşı var.  Sonra tez-tez ona baxdım. O,halal süd əmmiş qız roluna girərək yerə dikmiş gözlərini qaldırmağa utanırdı sanki.  Halbuki 20-25 dəqiqə sonra ilk dəfə görəcəyi kişi xeylağına öz bədənini 100$-a satacaqdı.
Gözəlliyi həddən ziyadə idi. 4 sözlə: qüsursuz, ideal xariqüladə və pakizə. Bu gözəlliyi dost tanışa bacardığım qədər müqəddəsləşdirilmiş və əbədiləşdirilmiş şəkildə danışsamda hamsı onunla qısa zaman ərzində eləyə biləcəkləri siyahını danışırdı. Utanmasam deyərəm ki, onu qısqanırdım. Axı o mənim “sevgim ” idi.
Sirli adaya düşmüş 5 kolonistin 2 gün 2 gecə ac qaldığını Jül Vern öz əsərində super göstərmişdi.  Mən ona blokda bax həmin aclıqla baxırdım. Bu proses mənim bir illik mədəni zövq tələbatımı ödəmək üçün ideal vasitə idi.  Qara paltar ona çox yaraşırdı. Əvvəl elə bilirdim mələklər yalnız ağ rəngdə geyinir. Bizim mübarək blok isə bu fikrimi darmadağın edən ilk və son məkan idi. pilləkənləri düşərkən onun  “privet ” deməsi az qala məndə ereksiyaya səbəb olacaqdı. Nəink i özü hətta səsi belə gözəl- tam dəymiş qarpıza yekə qarın və qolunun altı tərli olan kişinin toxunuşu zamanı peydahlanan səs kimi boğuq və təmiz idi. ehh... onun təbəssümünü görmək, səsini eşitmək,  gözəlliyini hiss eləmək arzusu ilə...
Hələlik sevgim
02/08/12  
06:13

Комментариев нет:

Отправить комментарий